“Qazprombank” dünyada karbohidrogenlərə tələb bərpa olunduqca neft-qaz sektorunun ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatını dəstəkləyəcəyini gözləyir.
"Neft-qaz sektoru hətta qeyri-neft sahələrinin (ilk növbədə, kənd təsərrüfatı, qida, yüngül, kimya və avtomobil sənayesi) inkişafı hesabına onun fəal diversifikasiyası tədbirləri şəraitində də Azərbaycan iqtisadiyyatı üçün əsas olaraq qalır. Oktyabrın 1-nə olan vəziyyətə görə, sahələrin məcmu əlavə dəyərində neft-qaz sektorunun payı böhrandan öncəki dövrdə qeydə alınmış təxminən 45%-dən 30%-ə qədər azalıb ki, bu da karbohidrogenlərə xarici tələbin azalması ilə bağlıdır. Bununla belə, neft-qaz ixracının ümumi həcmində onun payı 90%-ə yaxın olaraq qalır", - deyə QPB-nin icmalında bildirilir.
QPB-nin qiymətləndirmələrinə görə, TAP qaz kəmərinin işə salınması 2021-ci ildə Azərbaycanın ixracının 2020-ci ilə nisbətən 26,5% artımını təmin edəcək.
Ehtimal olunur ki, TAP qaz kəmərinin kommersiya istismarına başlanmasından sonra qazın Xəzər regionundan təkcə İtaliyaya deyil, Avropanın digər cənub ölkələrinə də nəqli təmin ediləcək. "Ortamüddətli perspektivdə Cənub Qaz Dəhlizinə “Şahdəniz” ilə yanaşı, digər qaz yataqları da qoşula bilər. Ehtimal olunur ki, TANAP ilə Türkiyəyə 6 milyard kubmetr qaz ixracına əlavə olaraq TAP kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz ixrac olunacaq. Beləliklə, TAP-ın işə salınması təbii qazın illik ixracını 10 milyard kubmetr artırmağa imkan verəcək, Cənub Qaz Dəhlizinin ümumi ötürmə qabiliyyəti isə ildə 16 milyard kubmetrə qədər artırılacaq", - deyə icmalda vurğulanır.
Bankın analitikləri hesab edirlər ki, 2021-ci ildə daxili qaz istehlakının 2020-ci ildəki səviyyədə saxlanılacağı halda belə, iqtisadi fəallığın gözlənilən bərpası nəzərə alınmaqla, TAP qaz kəmərinin işə salınması ixracın 26,5% artımını təmin edəcək. "Nəzərə alsaq ki, TAP-ın texniki xarakteristikaları ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər artırılması mümkünlüyünü nəzərdə tutur, bu ssenari konservativ xarakter daşıyır", - deyə QPB bildirir.*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət