Rusiyalı tarixçi və jurnalist Maksim Artemyev hesab edir ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qanunauyğun qələbəsi və Ermənistanın məğlyubiyyəti ilə başa çatıb.
“Dağlıq Qarabağda hazırki müharibənin yekunları qanunauyğundur. İrəvanda milyonlarla insan, özünü dəli kimi aparan isterik kütlə küçələrə çıxaraq “Qarabağ, Qarabağ” qışqıranda, bu, xalqın özünü kütləvi şəkildə korluğa qoyması idi. Bu, yalnız faciəyə gətirə biləcək kütləvi psixozun klassik halıdır”, - Artemyev “Den TV” telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda ən az sayda əhalisi, az sayda resursları olan, ən kiçik respublikadır. “O, əhalisi 3,5 dəfə çox olan, böyük neft və qaz ehtiyatlarına malik olan, daha sərfəli coğrafi mövqeyə malik olan, Türkiyədəki kimi müttəfiqi olan Azərbaycanla müharibədə necə qələbəyə ümid edə bilərdi?”, - deyə o bildirib.
Artemyev əlavə edib ki, Ermənistan həmçinin Gürcüstan və İranla münasibətləri pozaraq özünə qarşı yönəldib, yəni bütün 4 qonşu ilə çətinliklər yaşayıb. “Və bu şəraitdə Ermənistan qalib gəlmək istəyirdi? Axı bu real deyil, ağılsızlıqdır və heç bir halda mümkün deyildi”, - tarixçi əlavə edib.
Onun sözlərinə görə, hazırda ermənilərdə məğlubiyyətin səbəblərini təhlil etmək qabiliyyəti müşahidə olunmur. “İndi rusdilli ermənilərin forumlarına nəzər saldım. Ermənilərdə tənqidi düşüncənin olmaması göz qabağındadır. Tamamilə hansısa miflərdə, xəyallarda olmaq, hansısa möcüzə silaha bel bağlamaq, kimsə gəlib və xilas edəcək. Belə şəraitdə qətiyyən qələbə ola bilməzdi. Onların fikrincə, hamı günahkardır, Miatsuma ideyası yox. Ancaq onlar anlamırlar ki, 32 ildən sonra bu Miatsuma can atma faciəyə gətirdi. Nəticədə, tam hərbi məğlubiyyət, ərazilərin tirilməsi və 32 il öncə olan vəziyyətə qayıdış”, - o vurğulayıb.
Artemyev hesab edir ki, hazırki vəziyyət, düzgün yanaşıldığı halda, iki xalqın – erməni və azərbaycanlıların barışığına tarixi yol açır. “Hesab edirəm ki, İrəvanda və Bakıda rəhbərlər bunu başlıca vəzifə etməlidirlər. Mən nə nəzərdə tuturam. İndi belə alındı ki, Dağlıq Qarabağda həm Azərbaycan, həm erməni ərazisi olacaq. Lakin ərazi çox kiçikdir, 4 min kv. metrdən artıqdır. İndi ermənilər ən azı Xankəndiyə qayıdırlar, çünki anladılar ki, İrəvanda və digər yerlərdə heç kimə lazım deyillər. Sonra azərbaycanlılar qayıdacaqlar və yanaşı yaşayacaqlar, yəni ünsiyyətdə ola bilməyəcəklər. Bakının vəzifəsi ondan ibarətdir ki, növbəti 4,5 il ərzində şərait yaratmaq, dialoqa köklənmək, zəmanət məsələlərini həll etmək lazımdır ki, ermənilər anlasınlar ki, onlar Azərbaycanın tərkibində normal yaşaya bilərlər. Düşünmək lazımdır ki, necə Qarabağ Azərbaycanın tərkibinə inteqrasya edilsin”, - o qeyd edib.
Artemyev əlavə edib ki, Dağlıq Qarabağ məsələsində ermənilərin yanaşması 100%-lik irqçilikdir. “Qarabağ hərəkatının liderlərinin əsas iddialarından biri o olub ki, Sovet hakimiyyətinin 70 ili ərzində Qarabağda azərbnaycanlıların və ermənilərin nisbəti dəyişib (azərbaycanlıların payı 0%-dən 23%-dək artıb - İF), yəni azərbaycanlıların sayı artıb, ermənilərin sayı isə azalıb. Obyektiv proseslərə əsasən bu cür vəziyyət yaranıb, çünki heç yerdə faiz nisbəti qorunmayıb. Mən buinu 100%-lik irqçilik adlandırıram”, - o qeyd edib.
Tarixçi hesab edir ki, Dağlıq Qarabağ SSRİ-nin süqutunun səbəbi olmayıb, o katalizator rolunu oynayıb və bu Qorbaçovun siyasətinin ölkənin süqutuna gətirəcəyinin ən bariz və əsaslı əlaməti oldu.
Onun sözlərinə görə, bu gün, 2020-ci ildə biz faktiki olaraq 1988-ci ildə mövcud olan vəziyyətə qayıtmışıq.
Artemyev vurğulayıb ki, əgər ermənilər Dağlıq Qarabağda yaşayıblarsa, bu onlara Azərbaycandan ayrılmaq məsələsini qaldırmaq üçün əsas vermirdi. “Gürcüstanın Aalkalaki vilayətində də əksər ermənilər yaşayır, ancaq orada onların heç bir muxtariyyəti yoxdur. Məgər onlar öz muxtariyyətləri uğrunda mübarizə aparmalıdırlar? Və əgər orada xalq yaşayırsa, onlar dövlət yaratmalıdır... Ermənilərin artıq dövləti var idi. Yəni, dövlətin genişləndirilməsi alınırdı. Niyə? Nəyə əsasən? (...) Belə alınır ki, bir dildə danışan insan kütləsi var və buna əsasən onlar sərhədlərin yenidən bölünməsinə haqqları var. Zənnimcə, bu sağlam düşüncəyə ziddir və ən əsası faciəli nəticələrə səbəb olur. Və sərhədlərin bölünməsi məsələsini qaldıran şəxslər bütün nəticələri görməlidirlər”, - tarixçi qeyd edib. **
A.Əzizov
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət