2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq ($223 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 64,7% azalıb.
Cari ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 76,2% azdır. Xarici vətəndaşlar 2020-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında bank kartları vasitəsilə əməliyyatların həcmini 1 milyon manat azaldıblar.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 720,3 min turist gəlib ki, bu da ötən ilin 10 ayının göstəricisindən 3,7 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov
Albaniya Energetika və İnfrastruktur Nazirliyi: SOCAR IAP konsorsiumun iştirakçısı ola bilər
Albaniya Azərbaycandan illik 700 milyon kubmetr qaz tədarük etməyi ümid edir
KOBİA taxta taraya tələbatın öyrənilməsi məqsədilə daxili bazar araşdırması aparacaq
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Ərdoğan: Türkiyədə zəlzələ nəticəsində 912 nəfər həlak olub
“AzerGold” 2022-ci ildə qızıl hasilatını 1%, satışını 5,5% artırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir