Azərbaycan prezidenti İlham Əliyev Qarabağda işğaldan azad olunan torpaqlarda quruculuq işlərində İtaliya şirkətlərinin fəal iştirakına ümid edir.
“Mən, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək. Müharibə zamanı 94 mülki şəxs həlak olmuşdur, 400-dən çox yaralanmışdır.Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir”, - Əliyev bazar ertəsi İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Əliyev qeyd edibki, Azərbaycanın azad olunan əksər şəhərləri dağıdılıb, həmin şəhərlərdə bütün infrastruktur məhv edilib. Kəlbəcər və Laçın rayonlarında vəziyət bir qədər yaxşıdır, baxmayaraq ki, burada da ermənilər qanunsuz məskunlaşma siyasəti aparıb, bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır.“Lakin ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edərkən evləri, meşələri yandırıblar, vandallıq törədiblər”, - dövlət başçısı əlavə edib.
Prezident vurğulayıb ki, hazırda bu rayonlarda bərpa dövrü başlayır. “Bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. İtaliya doğrudan da Azərbaycanın əsl dostudur”, - Əliyev qeyd edib.
Əliyev əlavə edib ki, humanitar, təhsil sahəsində əməkdaşlıq planları var. “İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram”, - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov
SOCAR “Tengiz” yatağından Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə tranzitinə başlayıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək