Azərbaycan FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Mərkəzi Asiyada, Azərbaycanda və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirməsi və məhsuldarlığın artırılması (FISHCap) adlı layihəsinə rəsmi olaraq qatıldı. Bu barədə FAO-nun məlumatında deyilir. “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, müvafiq olaraq FAO və Azərbaycan Hökuməti adından layihə sənədini imzalayıblar”, - məlumatda qeyd olunur.
Bu layihə (FISHCap) Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində balıqçılıq, dəniz məhsulları və təbii ehtiyatların dayanıqlı inkişafı yolu ilə istifadəsi, idarə olunması və qorunması üçün imkanları artırmağı hədəfləyir.
“Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilən və 1 milyon ABŞ dollar büdcəsi olan FISHCap layihəsi, 2022-ci ilədək Orta Asiya, Azərbaycan və Türkiyədə balıqçılıq və dəniz məhsullarının və təbii ehtiyatların dayanıqlı istifadəsi, idarə olunması və qorunması üçün imkanları artırmağı hədəfləyir. Azərbaycandan əlavə, FISHCap layihəsində digər iştirakçı ölkələr Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır. FISHCap layihəsi tərəfdaş hökumətlərə institusional potensialın gücləndirilməsinə, milli dəniz və su məhsulları istehsalının dayanıqlı inkişafı üçün texniki yardım göstərməklə kənd təsərrüfatının inkişafna, qida təhlükəsizliyinə, iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və əsaslı idarə olunmasına kömək edəcək”, - məlumada deyilir.
Azərbaycan bu layihənin 2009-cu ildən 2015-ci ilədək 16 ölkəni və FAO-Türkiyə Tərəfdaşlıq Proqramını əhatə edən layihənin ilk hissəsində iştirak edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət