Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin karbohidrogen ehtiyatları 200 milyon ton neft və 250 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev məlumat verib.
Akademiyanın Rəyasət Heyətinin cümə günü keçirilən iclasında “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” müzakirə olunaraq qəbul edilib.Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“İşğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması AMEA-nın başlıca hədəflərindəndir”, - Mehdiyev Rəyasət Heyətinin iclasında bildirib. Akademiyanın saytında Mehdiyevin sözlərindən sitat gətirilir.
AMEA-nın prezidenti qeyd edib ki, Plan 250-dən artıq bənddən ibarətdir və 2021-2025-ci illəri əhatə edir.
Mehdiyevin sözlərinə görə, həmçinin Plana Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərən Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpası və Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması daxildir.
“Həmçinin, Plan Qarabağ Geoloji Fondu Muzeyinin yaradılması, Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Nəbatat Bağının yaradılmasını nəzərdə tutur”, - Mehdiyev deyib.
Akademikin sözlərinə görə, Planda əsas hədəflər qismində həmçinin, Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması, AMEA-nınRegional Şuşa Elmi Mərkəzinin yaradılmsı yer alıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət