ATƏT-in Minsk qrupu keçid mərhələsindədir və gələcək planlar tərtib oluna bilər. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədriStefan Viskontibelə hesab edir.
“Həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışlar (Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə-İF). Mən sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq”, - Viskonti şənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
Onun sözlərinə görə, hadisələrin cərəyan etməsi yeni gündəliyə gətirib. “Regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam sizdən asılı olacaq. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər. Mən sizin indi açıq şəkildə söylədiyiniz fikirləri Fransa hökumətinə məruzə edəcəyəm”, - o qeyd edib.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədriEndrü Şofer öz növbəsində bildirib ki, hamı anlayırıq ki, indi yeni reallıqdır.“Hazırda cari vəziyyət fərqlidir. Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar Azərbaycanın mövqeyininin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq», - Şofer qeyd edib.
Öz növbəsində, Rusiyanın Azərbaycandakı səfiriMixail Boçarnikovvurğulayıb ki, üçtərəfli razılaşma çərçivəsində görüləcək işlər çoxdur. Bu həm məcburi köçkünlərin öz yerlərinə qayıtması, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. “Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik”, - rusiyalı səfir qeyd edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət