Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsinin ilk günlərindən “166 Yükdaşıma və Logistika” şirkəti ordumuza dəstək məqsədilə “Qarabağa doğru” layihəsinə start verdi. Layihə çərçivəsində şirkət 44 gün ərzində cəbhəyə və cəbhəyanı bölgələrə təmənnasız olaraq 1000 tondan artıq yük daşıdı.
Belə ki, 350-dən çox fərdi şəxs, 37 şirkət, təhsil müəssisələri və digər qurumların dəstəyilə Füzuli, Ağdam, Tərtər, Goranboy, Bərdə və Beyləqan istiqamətlərinə yardımlar çatdırıldı. Bundan əlavə, şirkət hərbi təyinatlı texnika və yüklərin də daşınmasında dəstəyini əsirgəməyib.
“Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuzun şücaəti, əzmkarlığı və qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyan tarixi qələbəni qazandıq. Bu münasibətlə bütün Xalqımızı təbrik edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik! “Qarabağa doğru” layihəsini həyata keçirmək üçün birlik nümayiş etdirərək iştirak edən hər bir şəxsə öz təşəkkürümüzü bildirir və layihənin icrasından qürur duyuruq.” – şirkətdən bildirildi.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət