Bakı və Ankara Dağlıq Qarabağda atəşkəs üzrə Rusiya-Türkiyənin monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı detalları müzakirə edir. Bu barədə Türkiyən XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib.
“Monitorinq mərkəzinin yaradılması üzrə işlər artıq başlanıb. Rusiya tərəri müvafiq protokol imzalayıb. Digər tərəfdən, ev sahibi olan Azərbaycan ilə gələcək addımları müzakirə etməliyik. Türkiyə və Azərbaycan arasında monitorinq məntəqələrinin yerləşəcəyi yerlər, mərkəzin yerləşəcəyi yer və digər nöqtələr, neçə nəfərin gələcəyi və fövqəladə vəziyyət halında ev sahibi olan ölkə ilə sazişin zəruriliyi və digər detallar müzakirə olunur”, - Çavuşoğlu Türkiyənin TV24 telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O əlavə edib ki, monitorinq mərkəzi qısa zamanda Azərbayanın Ağdam rayonunda yaradılacaq.
“Biz uzunmüddətli atəşkəs üçün zəruri addımlar atacağıq. Bu məsələnin reallaşmasına zərurət var, çünki son günlər Ermənistan tərəfindən müəyyən pozuntular olub. Əlbəttə ki, Azərbaycan bu pozuntu hallarına adekvat cavab verib. Lakin burada Rusiya tərəfi də məsuliyyət daşıyır, çünki üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağda bu cür pozuntu hallarının qarşını almalı olan Rusiya sülhməramlıları var, əks halda hörmətli İlham Əliyev (Azərbaycan prezidenti - İF) artıq nələrin baş verə biləcəyi barədə mesaj verib”, - nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, bu pozuntu hallarına baxmayaraq bütövlükdə atəşkəs ilə bağlı vəziyyət hazırda “əvvəl olduğundan daha yaxşı mövqedədir”. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət