2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin dekabr ayının 1-dək Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə “Şahdəniz” yatağından hasil olunan 8 milyard kubmetrə yaxın qaz nəql edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin dekabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 8 milyard kubmetr qaz nəql edilib. Cari ilin yanvar-noyabr aylarında TANAP ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql olunub”, - deyə məlumatda bildirilir.
SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən TANAP ilə Türkiyəyə illik 6 milyard kubmetr qaz nəql olunacaq. Bundan başqa, cari ilin sonundan Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qazın nəqlinə başlayacaq.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatını 12% təmin edəcək.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətdədir. Noyabrın 30-da qaz kəmərinin ikinci fazasının (Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək) işə salınması mərasimi keçirilib.
TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.*
N.Abbasova
Almaniyanın səfiri: Bakı və Berlinin bir çox sahələrdə birgə maraqları var
Bakı və Vyana ikitərəfli əməkdaşlığın genişlənməsi üçün potensialı qeyd edir
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Sumqayıt Şəhər İH yol işlərinə 1,4 milyon manata yaxın vəsait yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq