2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 668 milyon 925,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,7% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 462 milyon 382,4 min manat (artım 10,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 69,1%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 213 milyon 251,1 min manat (artım 14,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 231 milyon 131,4 min manat (artım 7,3%) təşkil edib.
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 206 milyon 543,4 min manat (artım 4,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (190 milyon 514,8 min manat), tibbi sığorta (90 milyon 889,6 min manat) və AVSMMİS (85 milyon 785,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. 11 ay ərzində bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 54,9%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 391 milyon 453,6 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 55,2% çoxdur.
Yanvar-noyabr aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 328 milyon 69,4 min manat (artım 82,7%) və ya bazar üzrə bütün ödənişlərin 83,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 244 milyon 759,6 min manat (artım 2,5 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 83 milyon 309,9 min manat (artım 4,6%) məbləğində olub.
Yanvar-noyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 63 milyon 384,1 min manat (azalma 12,8%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (243 milyon 321,7 min manat), könüllü tibbi sığorta (54 milyon 254,1 min manat) və AVSMMİS (51 milyon 576,6 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 89,2%-ni təmin edib.
2020-ci ilin noyabr ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət