STAR neft emalı zavodu 2021-ci ildə 11 milyon ton neft emal etməyi planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji”in bölməsi) Anar Məmmədov məlumat verib.
"2020-ci ilin yekunları üzrə STAR NEZ-də neftin emal həcmi 76 milyon barel səviyyəsində planlaşdırılıb ki, bu da təxminən 10,3-10,5 milyon ton təşkil edir. 2021-ci ildə zavodda neft emalı onun layihə gücünün 106%-i səviyyəsində, yəni 11 milyon ton həcmində planlaşdırılır", - deyə Məmmədov bu gün azərbaycanlı jurnalistlər üçün keçirilən videobrifinqdə bildirib.
Məmmədov bildirib ki, hazırda zavodda 20-dən çox neft növü emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.
"STAR neft emalı zavodu üçün ən yaxşı növ İran neftidir, lakin məlum səbəblərdən biz onu ala bilmirik. Eyni zamanda, emal üçün neft idxalının strukturunda “Urals” nefti, eləcə də Əlcəzair, Tunis, Misir və Qazaxıstan nefti də var", - deyə o qeyd edib.
Məmmədov əlavə edib ki, STAR neft emalı zavodu Türkiyənin əsas neft məhsullarına olan tələbatının 20-25%-ni təmin edir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verir.
“STAR” NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 milyard sərmayə qoyulub. SOCAR NEZ-in fəaliyyətindən illik $500 milyon gəlir əldə edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət