Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin “Komsomolskaya pravda” nəşrində köşə yazısına cavab verib.
Bir neçə gün əvvəl RF Dövlət Dumasının deputatı, MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin “Komsomolskaya pravda” nəşrində bu yaxınlarda başa çatmış İkinci Qarabağ müharibəsinə həsr olunan məqalə dərc edib.
Cənab Zatulin Bakıda keçirilən Zəfər paradına çox əsəbi halda reaksiya verir. Amma Zatulinin Ermənistanla və Moskvanın erməniyönümlü dairələri ilə əlaqələri heç kəs üçün sirr deyil, başa düşmək olar ki, o həmin paradı Bakıda deyil, İrəvanda görmək istərdi. Zatulin məsələnin mahiyyəti, “hüquqi pakası” ilə tanış olmalı idi, ucadan “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibinə qayıtmayacaq” və s. bəyan etməməli idi. Və ya heç olmasa Rusiya prezdenti Vladimir Putinin mətbuat konfransının “Qarabağa aid” blokuna qulaq asmalı idi. Xatırladaq ki, Vladimir Vladimiroviç qeyd etdi: “Mən bu barədə də demişəm, hüquqi nöqteyi-nəzərindən bütün bu torpaqlar Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”. Azərbaycan və Türkiyə münasibətləri barədə danışarkən isə siyasi “əlifbanı” bilmədən unudanlara xatırladıb ki, “Azərbaycan müstəqil suveren dövlətdir. Azərbaycan lazım hesab etdiyi müttəfiqi seçmək hüququna malikdir. Kim buna etiraz edə bilər?” Beləliklə, Dövlət Dumasının deputatı Zatulin Rusiya prezidenti tərəfindən müəyyən olunmuş mövqeyə qarşı getməsə yaxşıdır.
Xüsusən, Hadrutda vəziyyətin gərginləşməsini Azərbaycanın Zəfər paradı ilə əlaqələndirilməsi cəhdi ağılsızlıq və ləyaqətsizlikdir. Həmin gərginləşmə isə - sürpriz! – erməni silahlı birləşmələri tərəfindən törədilib. Həmin birləşmələr ki, bir neçə gün ərzində müsahibə verərək guya silahı yerə qoymaq və atəşi dayandırmaq əmrinə tabe olmayacaqlarını, özlərini “kamikadze” elan ediblər və s.
Zatulinin guya “Azərbaycan Türkiyə ilə ittifaq halında tanınmamış “Artsax Respublikasına” (dırmaq işarəsini mən qoymuşam – F.A) hücum edib, əslində isə ermənilərə və Ermənistana hücum edib” kimi məsələni bu cür təqdim etmək cəhdi, “Azərbaycanın təbliğatçıları və lobbiçiləri ixtiyarsız olaraq bu hücumu “əkshücum” adlandırmağa davam edirlər”, lakin Zarulinin versiyasına görə, “heç bir hücum əlamətləri olmadığı halda əkshücum, həm də bütün cəbhə boyu olmur” kimi hiddət dolu bəyanatları barədə heç danışmağa dəyməz. Sadəcə maraqlıdır: neçə olur ki, Azərbaycan öz ərazisinə“hücum” edir? Və bir daha xatırladaq: onun çox sevdiyi “Artsax Respublikası” beynəlxalq hüquq nöqteyi-nəzərindən nədir, RF prezidenti artıq bunu izah edib. Bura Azərbaycan ərazisidir.
2020-ci ilin iyul ayında məhz Ermənistan Azərbaycanla dövlət sərhədində Tovuz rayonu hissəsində döyüşlərin başlanması məqsdədilə təxribat törədir. Bunu həm RF XİN başçısı Sergey Lavrov, həm Ermənistanın ikinci prezidenti Robert Koçaryan da təsdiq ediblər. Avqust ayında cəbhə xəttində Ermənistanın diversiya qrupu saxlanılır. Sentyabrın 27-nə keçən gecə, bazar günü isə Ermənistan bütün cəbhə boyu Azərbaycan kəndlərini atəşə tutmağa başlayır. Əgər bu Azərbaycana qarşı hücumun sübutu deyilsə, o zaman bağışlayın, bəs, nədir?
Cənab Zatulinin “Ermənistana və ermənilərə hücum” ilə bağlı sözləri barədə də danışmağa dəyməz. 44 gün ərzində hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılıb və Ermənistan ərazisinə keçməyib. Əlbəttə ki, hər bir insan şəxsi fikirə malik olmaq hüququna malikdir, lakin burada “xoşum gəlir – xoşum gəlmir” kateqoriyalarını işə salmaq lazım deyil, tanınmış sərhədləri, digər dövlətlərlə yanaşı Rusiyanın da səs verdiyi BMT TŞ-nin qətnamələrini yadda saxlamaq lazımdır. Həmçinin, öz ölkəsinin təməl maraqlarını, onun beynəlxalq öhdəliklərini yadda saxlamaq lazımdır.
MDB ölkələri İnstitutunun direktoru isə ən yaxşı halda Rusiya, Azərbaycan və Türkiyə münasibətlərində baş verən müsbət irəliləyişləri və dəyişiklikləri sadəcə olaraq görmür və ya köhnəlmiş Rusiya-Türkiyə müharibələri, və ya bloklararası qarşıdurma kateqoriyaları əsasında düşünür.
Fuad Axundovun məqaləsi ilə “Komsomolskaya pravda” saytında tanış olmaq mümkündür https://www.kp.ru/daily/1712105.5/4344934/.
**
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət