GUAM-ın üzvü olan ölkələr Dağlıq Qarabağın erməni işğalından azad olunmasından sonra yaranan yeni imkanlardan faydalana bilər. Bunu xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
“Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaradıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur.
“Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan yararlana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün ayrı-ayrı GUAM üzv dövlətləri də daxil olmaqla tərəfdaşları ilə işləməyə hazırdır”, - deyə C.Bayramov vurğulayıb.
“Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktında bəyan edildiyi kimi ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa öhdəliklərini təsdiqlədikləri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlıq siyasətinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannamə layihəsində də aydın şəkildə öz əksini tapacaq”, – deyə o əlavə edib.
XİN başçısı, həmçinin qeyd edib ki, iri regional iqtisadi layihələrin iştirakçısı və təşəbbüskarı olan Azərbaycan bütün tərəfdaş ölkələrlə əlaqələri inkişaf etdirməyə davam edir.
“İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik Boru Kəməri kommersiya əməliyyatlarına başlayıb. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaq”, – deyə C.Bayramov bildirib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət