Aqrar Sığorta Fondu (ASF) Azərbaycanda üzüm sahələrinin güzəştli sığortasına başlanıldığını elan edib.
“Fermerlər və iş adamları 2021-ci ildə üzüm sahələrinin sığortalanması üçün müraciət edə bilərlər. Üzüm sahələrinin sığortalanması zamanı üzümün növü, məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq”, - deyə ASF-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qaydalara əsasən, hesablama aparılması üçün üzüm bitkisinin növlərindən (texniki və ya süfrə üzümü) asılı olaraq 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, süfrə üzümündə bir hektar üçün məhsuldarlıq norması 2,4-500 sentner arasında, qiymət isə 40-90 manat/sentner arasında müəyyən edilib.
Texniki üzümə münasibətdə isə bir hektar üçün məhsuldarlıq norması 108-800 sentner arasında, qiymət isə 30-50 manat/sentner arasında müəyyən edilib.
Müraciətlərin qəbulu aprelin 15-dək davam edəcək. “Martın 30-dək bağlanan sığorta müqavilələri martın 30-dan qüvvəyə minəcək. Martın 30-dan aprelin 15-dək olan müddətdə bağlanan sığorta müqavilələri isə imzalandığı və sığorta haqqı ödənildiyi tarixdən qüvvəyə minəcək”, - deyə məlumatda qeyd olunur.
Aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Aqrar sığorta sistemi çərçivəsində bu məhsulların sığorta tariflərinin 50%-i Aqrar Sığorta Fondu, yəni dövlət tərəfindən ödəniləcək.
Bütövlükdə, aqrar sığorta sisteminin inkişafı investisiya risklərinin azalmasına, fermerlərə dəstəyin gücləndirilməsinə, bu məhsulların istehsalının artırılmasına imkan verəcək, məşğulluğa, sözügedən məhsulların qiymətlərinə müsbət təsir göstərəcək və sığorta sektorunun inkişafına töhfə verəcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət