2021-ci ilin fevral-mart aylarında Azərbaycanın OPEC+ çərçivəsində hasilat öhdəlikləri yanvar ayındakı səviyyədə qalacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“OPEC+ ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq”, - deyə məlumatda bildirilir.
Beləliklə, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.
“OPEC+ ölkələri arasında bu anlaşmanın əldə edilməsində, neft bazarında sabitliyin bərqərar olması məqsədilə dialoqun davam etdirilməsində və tərəflərin razılığa gəlməsində Azərbaycanın bu töhfəsi iclas zamanı yüksək qiymətləndirilib”, – deyə məlumatda qeyd olunur.
İclasda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov pandemiyadan irəli gələn qeyri-müəyyənliklərin neft bazarına təzyiqinin davam etdiyini və tələbatın gözlənildiyindən zəif bərpa olunduğunu əsas gətirərək bildirib ki, tənzimləmə prosesinə həssas yanaşma zəruridir.
“Ona görə də hesab edirəm ki, hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, OPEC+ ölkələri nazirlərinin dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət