ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,01 milyon barel artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,73 milyon barel həcmində proqnozlaşdırılır ki, bu da dekabr ayında proqnozlaşdırılan göstəricidən 0,01 milyon barel çoxdur.
EIA cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatını 0,70 milyon barel (dekabr proqnozu - 0,69 milyon barel), II rübdə 0,73 milyon barel (dekabr proqnozu - 0,72 milyon barel), III rübdə 0,74 milyon barel (dekabr proqnozu - 0,73 milyon barel), IV rübdə 0,75 milyon barel (dekabr proqnozu - 0,74 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,78 milyon barel həcmində gözləyir.
EIA gələn ilin I rübündə gündəlik neft hasilatını 0,76 milyon barel, II rübdə 0,79 milyon barel, III və IV rüblərdə 0,78 milyon barel səviyyəsində proqnozlaşdırır.
EIA-nın məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,71 milyon barel təşkil edib. I rübdə 0,77 milyon barel, II rübdə 0,7 milyon barel, III rübdə 0,67 milyon barel, IV rübdə 0,69 milyon barel neft hasil olunub.
Azərbaycan neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ sövdələşməsinin iştirakçılarından biridir. Sövdələşmə çərçivəsində Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik hasilatı 8 min barel - 595 min barelədək artıracaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət