Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının layihələndirilməsi, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üçün "Tekfen Holding"ə (Türkiyə) 218 milyon avro ödəyəcək. Bu barədə “Tekfen Holding”in məlumatında deyilir.
“Bizim affilə edilmiş şirkətlərimizdən biri olan “Tekfen Insaat ve Tesisat A.S.” AMB-nin yeni inzibati binasının layihələndirilməsi, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üzrə keçirilən tenderin nəticələri barədə məktub alıb. Tərəflər arasında layihənin həyata keçirilməsi haqqında müqavilə bağlanıb. Layihənin dəyəri 218 milyon avrodur”, – deyə məlumatda bildirilir.
Daha əvvəl AMB-dən verilən məlumata görə, Heydər Əliyev prospekti, 109 ünvanında yeni inzibati binanın tikintisi üzrə keçirilən tenderin qalibi ilə müqavilə 36 ay müddətinə bağlanacaq. Bu müddət ərzində şirkət detallı layihələndirmə və tikinti işləri aparmalıdır.
Tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, binanın hündürlüyü təqribən 160 m təşkil edəcək. Planlaşdırma zamanı xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft nəzərə alınmalıdır.
AMB-nin hazırkı inzibati binası 1998-ci ildə tikilib və 200 əməkdaş üçün nəzərdə tutulub. Binanın tikintisinə $30 milyon sərf olunub. Lakin ötən illər ərzində AMB-nin fəaliyyəti genişlənib, yeni struktur bölmələr yaradılıb. Nəticədə AMB-nin ştatı əhəmiyyətli dərəcədə artıb. Buna əsaslanaraq bank üçün yeni inzibati binanın tikintisinə zərurət yaranıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət