“SOCAR Construction” MMC Belarusda “Mozır” neft emalı zavodunun hidrokrekinq qurğusunun montajını uğurla başa çatdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Zavodun əsas obyektlərindən biri olanağır neft qalıqlarının hidrokrekinqi kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilib. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib”, - deyə məlumatda bildirilir.
Layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunub. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötüb (WDI-70000). 5000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilib. 3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iriölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.
“Hidrokrekinq kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti “Mozır” NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul edib”, - deyə məlumatda qeyd olunur.
Həmçinin yaxın zamanda “SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən “Markovo” yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaq.
“SOCAR Construction” MMC keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət