Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar Yerevanın yeni şərtlər irəli sürdüyü 2018-ci ilə qədər davam edib. Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
"Danışıqlar müntəzəm olaraq aparılsa da, tam razılığa nail olmaq mümkün olmayıb. Yerevanın yeni yanaşmalar irəli sürdüyü 2018-ci ilə qədər", - deyə Popov Ermənistan KİV-nin sualına cavabında bildirib. Sualın mahiyyəti Rusiyanın nizamlama ilə bağlı təkliflərində Dağlıq Qarabağın statusu məsələsinə toxunulmaması və yalnız yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı olub.
"Rusiyanın təklifləri dedikdə, ehtimal ki, son redaksiyası tərəflərə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2019-cu ilin iyun ayında təqdim edilən mərhələli həll planı nəzərdə tutulur. Bir çox cəhətdən Kazan sənədi ilə üst-üstə düşən bu planın əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri durur. Onların arasında birinci mərhələdə beş rayonun, ikinci mərhələdə isə iki rayonun - bunu xüsusi qeyd edim – Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə əlaqələndirilməklə - Azərbaycana qaytarılması prinsipləri var. Birinci mərhələnin Yerevanın maraqlarını əks etdirən digər elementlərindən Dağlıq Qarabağa onun əhalisinin tam həyat fəaliyyətinin təşkil edilməsi hüququnun verilməsi, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirak etməsi, blokadanın aradan qaldırılması, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi və sairəni qeyd etmək olar. Odur ki, Rusiyanın yeddi rayonu "elə-belə" geri qaytarmağı, status barədə unutmağı və sakitləşməyi təklif etdiyini iddia etmək həqiqətə uyğun deyil", - deyə Rusiya XİN-in saytında dərc edilmiş cavabda bildirilir.
"Dağlıq Qarabağın yekun statusu ilə bağlı problemin həlli variantlarına gəldikdə isə, son illər danışıqlar masasında olan təkliflər bunu nəzərdə tuturdu – sitat gətirirəm: "tərəflərin razılaşdırdığı müddətdə, BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağ əhalisinin azad iradəsini ifadə edən və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumxalq səsverməsinin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi. Bununla yanaşı, səsverməyə çıxarılan məsələ və ya məsələlərə heç bir məhdudiyyət qoyulmayacaq, səsvermənin istənilən nəticəsinə isə tərəflər hörmətlə yanaşacaq. Yeri gəlmişkən, Laçın dəhlizinin eni və statusu məsələsinə Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərə alınmaqla ikinci mərhələdə baxılması da təklif olunurdu", - deyə Popov vurğulayıb.
O, həmçinin qeyd edib ki, nə Ermənistan, nə də Azərbaycan tərəfi bu təklifləri rədd etməyib, lakin tam razılıq da əldə etmək mümkün olmayıb.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət