Britaniyanın "Anglo Asian Mining" şirkəti yeni aktivlərin alınması hesabına Azərbaycanda biznesin genişləndirilməsi imkanını nəzərdən keçirir. Bu barədə şirkətin icraçı direktoru Reza Vəziri bəyan edib.
“Hazırda şirkət artım üçün bir neçə imkandan istifadə edir. Biz Gədəby ərazisində mədənlərin istismara verulməsini tezləşdirmək məqsədilə 5 prioritet sahədə kəşfiyyat işlərini davam etdirəcəyik. Həmçinin, Gədəbəy müqavilə sahəsinin işlənməsi üzrə sazişin 5 il müddətinə uzadılmasını təsdiq etmək üçün hökumətə ərizə ilə müraciət etmişik. Bundan başqa, Azərbaycanda yeni konsessiyaların alınması imkanını nəzərdən keçiririk”, - Vəziri bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O qeyd edib ki, həmçinin şirkət Azərbaycan hökuməti ilə tərəfdaşlıqda, erməni işğalından azad olunmuş ərazilərdə yerləşən Söyüdlü (Qafqaz regionunda ən iri qızıl mədənidir), Qızılbulaq və Vejnəli müqavilə sahələrinin işlənilməsi üçün lisenziyaların hazırlanması zərurətini qiymətləndirəcək ki, tezliklə onların istismarına başlasın.
“Bizim dəyişilməz əməliyyat və maliyyə intizamımız sayəsində şirkət son bir neçə il ərzində üzərində işlədiyi imkanların inkişafı üçün çox yaxşı mövqedədir. Çox güclü balans və əlçatan kapitala malik olan Anglo Asian Mining fəaliyyətini genişləndirmək, resurslarını və istehsalı artırmaq üçün cari bazarın üstünlüklərindən istifadə edə bilər”, - Vəziri bildirib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.**
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət