Belarus 2020-ci ildə Azərbaycandan təxminən 1 milyon ton neft alıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"2020-ci ildə biz “Belneftexim”ə 1 milyon tona yaxın neft göndərmişik. Bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub. Burada “Belneftexim”in digər tədarükçülərdən, məsələn, Ukraynadan aldığı Azərbaycan neftinin həcmi nəzərə alınmır", - deyə İ.Əhmədov bildirib.
O, həmçinin qeyd edib ki, 2021-ci ilin yanvar ayında SOCAR Belarusa bir partiya neft nəql edib. "90 min ton həcmində neftin nəqli yanvarın 6-da Supsadan həyata keçirilib. Yanvar ayına nəql daha planlaşdırılmır", - deyə rəis müavini əlavə edib.
Bununla belə, İ.Əhmədov 2021-ci ildə SOCAR tərəfindən Belarusa nəql olunacaq neftin (Azərbaycan və qeyri-Azərbaycan) həcmini açıqlamayıb.
“SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun "Belneftexim" konserninə neft tədarük etməyə başlayıb.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət