"R-Pharm" Şirkətlər Qrupu COVİD-19-un yeni koronavirus infeksiyasına qarşı mübarizəsinə yönəlmiş kompleks tədbirlər proqramını həyata keçirir. Layihəyə həm yeni molekulların və terapiya metodlarının inkişafI, həm də mövcud dərman portfelinin qiymətləndirilməsi və peyvəndin yaradılması daxildir.
PREPARATLAR
· Koronavir (favipiravir) - COVID-19-un yüngül və orta dərəcədə cərəyan edən koronavirus infeksiyasının müalicəsi üçün Rusiya Səhiyyə Nazirliyi tərəfindən 8 iyul 2020-ci il tarixində qeydiyyata alınmış, həmin ilin ilin payızında isə Rusiya Səhiyyə Nazirliyi onu ambulator xəstələr üçün qeydiyya alınmaqla apteklərdə reseptlə satışına icazə vermişdir. Oktyabr ayının əvvəllərində Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərmanı COVID-19-un yüngül formasının profilaktikası, diaqnozu və müalicəsi üçün metodiki rəhbərliyinə daxil edib.2020-ci ilin dekabr ayının sonunda isə Koronovir Azərbaycanda qeydiyyatdan keçmişdir.
· Artlegia (olokizumab) – “R-Pharm” tərəfindən hazırlanmış dərmanı Rusiya Səhiyyə Nazirliyi 3 iyun 2020-ci il tarixində orta ağır formalı COVİD-19-un müalicəsinə dair metodik tövsiyələrə daxil etmişdir. COVİD – 19-da ölümün əsas səbəblərindən biri olan sitokin fırtınasının qarşısının alınması üçün istifadə olunan dərman koronavirus infeksiyasının müalicəsi üçün Rusiya Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan ilk orijinal biotexnoloji yerli dərmandır. Bu gün Artlegia preparatı Azərbaycan və Rusiya Federasiyası ilə yanaşı, həm də xəstəlik hallarının artdığı ölkələrdə – Hindistan, Braziliya, ABŞ-da qeydə alınır "R-Pharm" eyni zanmanda Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RFPİ) ilə birgə Artlegia preparatının Yaxın Şərq ölkələrinə tədarükünə dair danışıqlar aparır.
KLİNİKİ TƏDQİQATLAR
· RPH-137 – “R-Pharm”, birbaşa COVID-19- la mübarizə aparmaq üçün Moskva və San Diego (ABŞ) Şirkətlər Qrupunun laboratoriyalarında hazırlanmış bir biotexnoloji molekulun klinik öncəsi tədqiqatlarını aparır. Bu innovativ vasitə virusun hissəciklərini birləşdirir və onların alveositlərə nüfuz etməsinin qarşısını alır.
VAKSİNLƏR
· “R-Pharm” Şirkətlər Qrupu, N.F. Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində hazırlanan Sputnik-V rus peyvəndinin istehsalında sənaye tərəfdaşı kimi çıxış edir. Bunun üçün “R-Pharm” da istehsal sahələrinin genişləndirməsi və modernləşdirməsi üçün eyni vaxtda bir sıra layihələr həyata keçirilir. Bu komplekslərin qeyri-adi gücü ildə on milyonlarla peyvənd dozası istehsal etməyə imkan yaradacaq. İstehsalın əsas hissəsinin 2021-ci ildə baş tutacağı gözlənilir.
· 17 iyul 2020-ci ildə “R-Pharm” və İngiltərə-İsveç “AstraZeneca” əczaçılıq şirkəti ilə birlikdə COVID-19 infeksiyasının qarşısının alınması üçün Rusiyada rekombinant adenovirus peyvəndi istehsalında əməkdaşlıq etdiklərini bəyan etdilər. Əməkdaşlıq çərçivəsində Oxford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış AZD1222 peyvəndinin istehsalının təşkili planlaşdırılır. Dekabr ayında "R-Pharm", "Astrazeneka", N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi və Rusiya Birbaşa İnvestisiya Fondu iki komponentdən ibarət olan kombinasiya peyvəndinin klinik sınaqlarının başlandığını elan ediblər – komponentlərdən biri “AstraZeneca”nın vaksininin digəri isə Rusiyanın Sputnik V-nin tərkibinə daxildir.
· “R-Pharm” Şirkətlər Qrupu 1 oktyabr 2020-ci ildə Moskva Dövlət Universitetinin alimləri tərəfindən koronavirus infeksiyasına qarşı hazırlanan daha bir peyvəndin maliyyələşdirildiyini elan etdi. MDU peyvəndi polivalentdir, yəni yalnız COVID-19-dan deyil, eyni zamanda MERS-dən və hələ heyvandan insana növlərarası baryeri keçməmiş bir sıra digər koronaviruslardan toxunulmazlıq yarada bilir. Tədqiqatlar uğurla başa çatarsa, bu vaksin “R-Pharm" istehsalat kompleksində istehsal olunacaq.
KORONAVİRUS GENOMUNUN SEKVENSLƏNMƏSİ
Koronavirus genomlarının sekvenslənməsi üzrə Rusiya konsorsiumu - 18 Mart 2020-ci il tarixində Rusiyanın Səhiyyə Nazirliyi A.A. Smorodintsev adına adına Qrip Elmi-tədqiqat İnstitutun əməkdaşları tərəfindən Rusiyadan olan xəstəyə SARS-CoV-2 virusunun ilk tam genom sekvensi edilmişdir.
2020-ci ilin yayında, yeni epidemiyaların proqnozlaşdırılması və dekodlaşdırılması, eyni zamanda Rusiya Federasiyasının müxtəlif bölgələrində maksimum sayda patogen genomu öyrənilərək peyvəndlərin dərhal yaradılması məqsədi ilə A.A. Smorodintsev adına Qrip ETİ tərəfindən SARS-CoV-2 koronavirusların genomlarını sekvenslənməsi üçün Rusiya Konsorsiumu yaradıldı.
Konsorsiumun tərəfdaşlarından biri Illumina-nın Rusiyada rəsmi nümayəndəsi olan "R-Pharm" Şirkətlər Qrupu olub.
4 sentyabr 2020-ci ildə “R-Pharm” ianə olaraq Qrip Tədqiqat İnstitutuna SARS-CoV-2 virusunun təxminən 500 genomunun sekvenslənməsinə imkan verən reaktivlər təqdim etdii.
Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun yeni istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Bakıdakı “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6 hektardır.
"R-Pharm" zavodu Azərbaycan bazarı üçün həmçinin onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Eyni zamanda, hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət