2020-ci ildə Azərbaycanda ƏDV-nin geri qaytarılma mexanizmi çərçivəsində əhaliyə 33,4 milyon manat vəsait qaytarılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“İlin innovativ layihəsi” nominasiyasında qalib olaraq həm vətəndaşlar, həm də biznes cəmiyyəti tərəfindən EDVGeriAL 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi nəzərdən keçirilir. Ötən il layihə tərəfindən vətəndaşlara 33,4 milyon manat qaytarılıb”, - Cabbarov özünün “Facebook” səhifəsind yazıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib.
Mexanizmə əsasən, ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank qaytarılmalı olan məbləği 10 gün müddətində istehlakçının kartına və ya bank hesabına köçürür. Beləliklə, ƏDV-nin bir hissəsinin qaytarılması prosesi portala müraciət olunduğu gündən etibarən 30 gün müddətində həyata keçiriləcək.
Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır. Bundan başqa, əcnəbi vətəndaşlar ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan Tax Free sistemindən istifadə etmək imkanına malikdirsə, iki variantdan yalnız birini seçə biləcəklər.
Qeyd edək ki, qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 15%-ni təşkil edir.**
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət