“S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiq edib.
Reytinqlər üzrə proqnoz “mənfi”dən “sabit”ə dəyişib. Bu barədə agentliyin məlumatında deyilir.
“Hesab edirik ki, karbohidrogenin qiymətinin daha aşağı olması və COVİD-19 səbəbindən iqtisadiyyatın azalmasına baxmayaraq, Azərbaycanın büdcə və xarici fiskal mövqeləri “BB” kateqoriyasında qiymətləndirdiklərimiz suveren dövlətlər arasında ən güclülərdən biri olaraq qalır. 2021-2024-cü illərdə orta hesabla ÜDM-in təxminən 74%-i səviyyəsində proqnozlaşdırılan mühüm likvid dövlət aktivləri bundan sonra da iqtisadi və maliyyə sarsıntılardan müdafiə rolu oynayacaq”, - agentliyin məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Lakin, əvvəlki kimi, reytinqlər hələ də zəif institusional effektivlik, orta artım tendensiyası ilə kiçik və konsentrasiya olunmuş iqtisadi baza, pul-kredit siyasətinin məhdud çevikliyi ilə məhdudlaşır.
“Sabit proqnoz Dağlıq Qarabağda atəşin dayandırılmasna dair Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmaya ümumilikdə riayət olunmasına dair gözləntilərimizi əks etdirir, bu da müharibə ilə əlaqədar təhlükəsilzik, maliyyə sektoru və tədiyə balansı risklərinin azalmasına imkan yaradacaq. Həmçinin proqnoz iqtisadi fəallığın bərpası və karbohidrogenə daha yüksək qiymətlərin gələcək 12 ay ərzində Azərbaycanın maliyyə vcə xarici mövqelərinə yüksək səviyyələrdən mühüm dərəcədə pisləşməsinə imkan verməyəcəyinə dair bizim rəyimizi əks etdirir”, - agentlik qeyd edir.
S&P vurğulayır ki, neftin qiyməti ilə şərtlənən xarici volatilliyə baxmayaraq, Azərbaycanın xarici balansı ARDNF-də toplanan mühüm həcmdə xarici aktivlərlə dəstəklənən əsas reytinq amili olaraq qalacaq.
Eyni zamanda, agentlikdə hesab edirlər ki, Azərbaycan ticarət şərtlərinin potensial volatilliyinə zəif olaraq qalacaq. “Buna baxmayaraq, fikrimizcə, Azərbaycanın xalis xrici aktivləri daxili iqtisadi inkişaf üçün iqtisadi silsilələrin potensial mənfi nəticələrinin zəiflədilməsi üçün bufer rolu oynayacaq”, - S&P vurğulayır.
Agentlik qeyd edir ki, növbəti hərbi qarşıdurma ölkədə təhlükəsizliklə vəziyyətin, tədiyə balansının göstəricilərinin və ya daxili maliyyə sisteminin sabitliyinin pisləşməsinə səbəb olarsa, Azərbaycanın reytinqlərini endirə bilər. Eyni zamanda, agentlik hadisələrin bu cür inkişaf variantını baza variantı hesab etmir.
Bundan başqa, karbohidrogen ixracından gəlirlərin mühüm dərəcədə azalması, COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadi artımın azalması səbəbindən maliyyə təsirinin güclənməsi və ya agentliyin əsas ehtimalları ilə müqayisədə daha yüksək dövlət əsas xərclərə görə Azərbaycanın reytinq göstəricilərinə mənfi təsir göstərə bilər.
“Və əksinə, əgər xarici profisitlər gözlədiyimizdən yüksək olarasa, reytinqin artırılması imkanını nəzərdən keçirə bilərdik, bu da gələcəkdə xarici aktivlərin toplanmasına gətirərdi. Misal üçün, bu o zaman baş verərdi, əgər karbohidrogen ixracından gəlirlər nəzərə çarpacaq dərəcədə artarsa. Həmçinin reytinqləırin artması potensialı arta bilər, əgər hökumət yüksək maliyyə dollarlaşması və hələ də zəif daxili bank sistemi ilə bağlı pul-kredit siyasətinin effektivliyinin məhdudlaşdırılması daxil olmaqla, Azərbaycanda bəzi struktur nmaneələrin aradan qaldırılmasına yönələn islahatlar həyata keçirərsə”, - agentlik qeyd edir.
S&P vurğulayır ki, son illər ərzində Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzrə struktur islahatlar vəsəylər müəyyən nəticə verib, lakin bu effekt daha da yüksək ola bilərdi.
“Azərbaycanda ÜDM-in təxminən 40%-i, dövlət gəlirlərinin 50%-i və ixracın 90%-dən çoxu karbohidrogen sektoru hesabına formalaşır. Bu konsentrasiya olunan iqtisadiyyatı və Azərbaycanın kredit profilini neftin qiymətinin volatilliyi üçün zəif edir, hökumətin qeyri-neft özəl sektorun artımının təşviqi üzrə siyasıtinə baxmayaraq”, - agentliyin analitikləri belə hesab edirlər. Eyni zamanda, S&P vurğulayır ki, yaxın 3-4 il ərzində Şahdəniz yatağından qaz hasilatının artımı Azərbaycanın xarici göstəricilərini dəstəkləyəcək.
Agentliyin analitiklərinin rəyinə görə, COVİD-19 pandemiyası və 2020-ci ildə neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadyyatına mühüm təsir göstərib, xüsusilə də neft-qaz sektoru, pərakəndə ticarət, turizm və tikinti sahələrinə.
S&P-nin qiymətlındirmələrinə əsasən, Qarabağda azad olunmuş ərazilərin bərpası üzrə Azərbaycan hökumətinin tədbirləri dövlət xərclərinin artımını gətirəcək. “2021-ci il dövlət büdcəsində bu məqsədlər üçün 2,2 milyard manat və ya ÜDM-in 2,9%-i nəzərdə tutulur. Biz, o cümlədən başa düşürük ki, 2021-ci ildə hökumət COVİD-19-la bağlı bəzi büdcə dəstəklənməsi tədbirlərini saxlayacaq, bura müəssisələrə dövlət zamanəti və kreditlərin verilməsi, həmçinin bəzi vergi güzəştləri və tətillərin uzadılması daxildir. Qiymətləndirmələrimizə görə, bu tədbirlər 2021-ci il ərzində ÜDM-in təxminən 0,8%-ni təşkil edəcək”, - S&P qeye edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət