Yelo Bank 2020-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı.
Hesabata əsasən dördüncü rübün sonunda Bankın cəmi aktivləri 390.9 mln manat təşkil edib.
Bankın kredit portfeli 308.3 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 mln. manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 mln. AZN və ya 18% artım müşahidə olunub.
Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı isə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 mln. manat səviyyəsinə çatdırmışdır.
Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: “Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət