İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2020-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını 2019-cu illə müqayisədə 7,1% - 93 milyon 293,5 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların sığorta haqlarının 12,8%-i və icbari sığorta növləri üzrə sığorta haqlarının 41,3%-i AVSMMİS-in payına düşüb.
2020-ci ildə sığortaçılar tərəfindən AVSMMİS üzrə 56 milyon 578,7 min manat (azalma 15,8%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 12,2%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, 2020-ci il ərzində icbari sığorta növləri üzrə ödənişlərin 65,5%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.
2019-cu ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 5,2% - 100 milyon 430,2 min manatadək, ödənişləri – 25,7% - 67 milyon 235,6 min manatadək artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**
Ə.Məmmədov
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfərə gəlib
MN: Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordsusunun mövqelərini atəşə tutub
Birinci rübdə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $4,6 milyonu ötüb
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
MDB Sərhəd Qoşunları komandanları Bakıda iclasın yekunlarına dair 19 sənədi təsdiq ediblər
Fidan və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək