S&P Global Ratings Beynəlxalq reytinq agentliyi SOCAR şirkətinin kredit reytinqini “BB-” səviyyəsində təsdiq edib. Bu barədə agentlikdən məlumat verilir.
Həmçinin agentlik SOCAR-ın reytinqlər üzrə proqnozunu Azərbaycanın suveren reytinqləri üzrə analoji hərəkət ilə əlaqədar “mənfi”dən “sabit”ə dəyişib.
“Biz həmçinin SOCAR-ın mühüm dərəcədə məruz qaldığı neft və qaz kəşfiyyatı və hasilatı sektoru üçün sahə riskinin qiymətləndirilməsinə “orta”dan “orta yüksək”ə qədər təkrar baxdıq. Buna səbəb aşağı səviyyədə xərclər ilə dəstəklənən enerji daşıyıcılarının strukturunda bərpa olunan enerji mənbələrinin artan rolu və parnik qazları tullantıları ilə əlaqədar ekoloji risklərin artmasıdır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə agentliyin məlumatında qeyd olunur.
Agentliyin qiymətləndirmələrinə görə, SOCAR-ın vacib rolu və hökumət ilə sıx əlaqələri nəzərə alınmaqla, dövlət tərəfindən mühüm dəstək əldə etməyə davam edəcək.
“Biz, əvvəlki kimi, SOCAR-ı ölkə iqtisadiyyatı üçün əsas neft-qaz sahəsində hökumətin əsas aktivlərdən biri hesab edirik. Şirkət tam olaraq hökumətə məxsusdur, hansı ki, şirkətin strategiyasının müəyyən edilməsində və qərarların qəbulunda fəal iştirak edir, həmçinin dəfələrlə onun üçün mühüm həcmd kapital qoyuluşları təmin edib və əsas xərclərin maliyyələşdirilməsi üçün borc vəsaitlər ayırıb”, - agentlik vurğulayır.
Eyni zamanda, S&P əvvəlki kimi, hökumətin və şirkətin reytinqlərini bərabər tutmur.
“SOCAR-ın borcunun yalnız təxminən 10%-nə hökumət tərəfəndən zəmanət verilir. Şirkət operativ idarəetmə mənasında kifayət dərəcədə müstəqildir, mürəkkəb struktura malikdir, hansına ki, nəzarət etmək çətindir”, - agentlik qeyd edir.
S&P qeyd edir ki, agentliyin neft və qaz kəçfiyyatı və hasilatı sektorunda volatilliyin artırılmasına dair rəyi SOCAR-ın biznes risklərinin qiymətləndirilməsinə təsir edir. “Hesab edirik ki, bərpaolunan enerji mənbələrinə qlobal enerji keçidi, ekologiya, sosial və iadərəçilik amillərinə artan diqqət (environmental, social and governance — ESG) və əksər ölkələrdə müvafiq siyasətlərin sərtləşdirilməsi məhsulların əvəzlənməsi və inkişaf tendensiyaları ilə əlaqədar neft və qaz hasilatı və kəşfiyyatı sektoru üşün risklərin artması ilə şərtlənir. Neft və qazın qiymətinin volatilliyinin qorunacağını gözləyirik. SOCAR-ın biznesinin əsas payı neft və qazın kəşfiyyatı, hasilatı vəemalı ilə əlaqədardır, bu da şirkətin yanar faydalı qazıntılara dair qlobal struktur dəyişikliklərlə əlaqədar risklərinə məruz qalması ilə şərtlənir”, - məlumatda vurğulanır.
Agentlik SOCAR-ın kredit qabiliyyətini “b-” səviyyəsində qiymətləndirir. Buna səbəb yüksək borc yükü, əməliyyat fəaliyyətindən sərbəst pul axının mənfi rəqəmi (free operating cash flow — FOCF) və şirkətin strategiyasının açağı proqnozlaşdırılmasıdır.
“Şirkətin investisiya proqramının çətin proqnozlaşdırılan olmasına baxmayaraq, bizim baza ssenarimiz 2020-2022-ci illərdə FOCF-nin mühüm dərəcədə mənfi rəqəmini və dövlət tərəfindən əlavə maliyyələşdirmə olmadığı zaman 12%-dən aşağı səviyyədə (qiymətləndirmə - İF) “”əməliyyat fəaliyyətindən dövriyyə kapitalının dəyişilməsinə qədər (funds from operations — FFO) /borc yanaşmasını nəzərdə tutur”, - məlumatda vurğulanır.
S&P gözləyir ki, Azərbaycan qazının Avropaya nəqli həyata kecirilən TAP boru kəmərinin bu yaxınlarda istifadəyə verilməsi SOCAR-ın göstəricilərinə kiçik müsbət təsir göstərəcək, çünki şirkət bu konsorsiumun sadəcə minoritar səhmdarıdır. Bundan başqa, qaz boru kəmərinin tam gücə çıxması yəgin ki, tədricən baş verəcək, və ixrac mənfəətinin əsas hissəsini SOCAR deyil, hökumət əldə edəcək.
“Sahə riskinin qiymətləndirilməsinin təkrar baxılması və bununla balı biznes risklərin profilinin dəyişilməsinin əsas səbəblərdən biri enerji keçididir. Xüsusilə, biz parnik qazları tullantıları ilə bağlı hökumətin və istehlakçıların narahatlığı və hərəkətləri səbəbindən neft-qaz şirkətıləri üçün risklərin və qeyri-müəyyənliyin artmasını qeyd edirik. SOCAR-ın biznes risklərinin profilinin qiymətləndirməsinin dəyişdirilməsi qismən həmin ekoloji risklərin səbəb olduğu sahə riskinin qiymətləndirilməsinin dəyişməsini əks etdirir”, - agentlik qeyd edir.
“Sabit” proqnoz SOCAR-ın likvidlik göstəricilərinin nəzarət olunacaq səviyyədə qalacağı, hökumətin isə şirkətə fövqəladə və cari dəstək göstərəmək hazırlığı isə yüksək səviyyədə qalacağı gözləntilərini əks etdirir. “Zənnimizcə, bunun üçün mühüm ləngimələrin olmaması, investisiya layihələri və fəaliyyətin əsas istiqamətləri çərçivəsində vəsaitin artıq xərclənməsi və ya əməliyyat xarakterli problemlərin olmaması, həmçinin şirkətin dövlətlə şox sıx əlaqələrinin qorunması zəruridir. Baza ssenarimiz çərçivəsində hesab edirik ki, SOCAR-ın likvidliyi nəzarət olunacaq səviyyədə qalacaq, daxili və xarici əməliyyatlar fasiləsiz həyata keçiriləcək və 2020-2022-ci illərdə S&P Global Ratings-in təshih edilən “FFO/borc” nisbəti 9-12% təşkil edəcək”, - məlumatda vurğulanır.
S&P SOCAR-ın reytinqlərini aşağıdakı hallarda endirə bilər: Azərbaycanın reytinqlərinin enməsi; hökumətin şirkətə dəstək göstərmək hazırlığı və qabiliyyətinin mühüm dərəcədə azalması; əgər hökumət vəsaiti SOCAR-ın yeni neft-qaz layihələrinin birgə maliyyələşdirilməsinə deyil, ilk növbədə sosial və ya hərbi ehtiyaclara yönəldərsə; SOCAR-ın likvidlik göstəricilərinin mühüm dərəcədə pisləşməsi.
Şirkətin reytinqlərinin artırılması Azərbaycanın suveren reytinqlərinin təkrar baxılması zamanı mümkündür. “Şirkətin mühüm həcmdə borcunu və artıq dövlət dəstəyinin mühüm həcmini nəzərə alaraq, şirkətin özünün səciyyəvi xüsusiyyətlərinin yaxşılaşması ilə şərtlənən müsbət reytinq təsirini yaxın bir-iki il ərzində az ehtimal olunan hesab edirik. Gələcəkdə reytinqlərin artırılması az aqressiv və daha proqnozlaşdırılan maliyyə siyasətinin həyata keçirilməsi nəticəsində, həmçinin menecment təcrübəsinin və korporativ idarəetmənin yaxşılaşdırılması, informasiya və hesabatlılığın açılması daxil olmaqla, SACP qiymətləndirməmizin mühüm dərəcədə yaxşılaşması ilə şərtlənə bilər (ən az “bb-” səviyyəsinə qədər)”, - S&P vurğulayır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət