Prezident İlham Əliyev 2015-ci ildə PKK terrorçuları tərəfindən qaçırılmış 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
“Anadolu” agentliyinin məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe Kartal-2” əməliyyatı zamanı 2015-ci ildə terrorçular tərəfindən qaçırılan 13 vətəndaşın cəsədi tapılıb.
“İlkin istintaq zamanı günahsız və silahsız mülki şəxslərdən birinin çiynindən, digər 12 nəfərin başından vurulduğu məlum oldu. Beləliklə, yenidən PKK-nın məkrli və qaniçən üzünü gördük”, - deyə nazir vurğulayıb.
Akar qeyd edib ki, həbs edilən iki PKK üzvünün dindirilməsi zamanı terrorçuların türk vətəndaşlarını əməliyyat haqqında məlumat aldıqdan sonra öldürdükləri məlum olub.
“Vətəndaşlarımızın qətlində iştirak edən bütün terrorçular məhv edildi”, - deyə o əlavə edib.*
N.Abbasova
2021-ci ildə “Azərbaycan Supermarket”in zərəri 65 milyon manatı ötüb
ABB 2021-ci ilin mənfəətindən dividend ödənişinə $73,5 milyon yönəldəcək
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Eyvazov: “Son 19 ildə Azərbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”
“Təmiz Şəhər” Qarabağ və Şərqi Zəngəzurda bərk tullantıların idarə edilməsini həyata keçirəcək
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
Klaar: Aİ Cənubi Qafqazda davamlı sülh üzrə addımları dəstəkləyəcək
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Pulsuz Yelo kart kampaniyası uzadıldı
Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı
“Bank Respublika”nın dəstəyilə şəhid ailə üzvləri və qazilər Şuşada oldular
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq