2020-ci il ərzində COVİD-10 koronavirus pandemiyası səbəbindən Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 3,8 dəfə azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə turizm bazarındakı mənbə məlumat verib.
Xüsusilə, ötən il bu cür obyektlərin gəlirlərinin həcmi 2019-cu ildə 450,188 milyon manata qarşı 116,798 milyon manat təşkil edib.
Eyni zamanda, ötən il Bakıda mehmanxanaların mənfəəti 75,961 milyon manat təşkil edib (azalma 4.4 dəfə).
Hesabat dövründə gəlirlərin strukturunda əsas pay 70,273 milyon manat (xüsusi çəki 60,2%) - nömrələrin satışından əldə olunub. Gəlirlərin qalan məbləği ictimai iaşə xidmətləri - 33,928 milyon manat, müalicə və sağlamlıq xidmətlər – 2,895 milyon manat, konfrans zallarının icarəsi – 751,6 min manat, ekskursiyalar – 13,5 min manat və digər xidmətlər – 8,935 milyon manat arasında bölünüb.
Həmçinin, 2020-ci ildə mehmanxanaların xərcləri 44,3% - 171,805 milyon manatadək azalıb. Bakılda mehmanxanaların xərcləri təxminən 2 dəfə - 98,785 milyon manata qədər azalıb.
Ölkədə otellər və mehmanxana tipli müəssisələrin xərclərinin əsas payını əmək haqqlarının ödənişi təşkil edib – 68,316 milyon manat (xüsusi çəki – 39,8%).
Bundan başqa, xərclərin strukturunda yemək və içkilərin hazırlanması üçün ərzaqlar 19, 456 milyon manat, yanacaq və enerji – 11,623 milyon manat, suyun alınmasına – 1,464 milyon manat, icarəyə - 3,798 milyon manat, əsas vasitələrin təmiri – 1,515 milyon manat, vergilər – 15,018 milyon manat, reklam – 660,8 min manat, digər məqsədlər – 49,955 milyon manat təşkil edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət