Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
“Azərbaycan vətəndaşı Niyaməddin Əhmədovun qanunsuz əməllərinə dair daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədovun 22.05.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib Almaniya Federаtiv Respublikasında istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə "YouTube" videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib”, - deyə məlumatda bildirilir.
İstintaqla, həmçinin Niyaməddin Əhmədovun qeyd olunan materialları internet resursları vasitəsilə təkrarən yayılması üçün mobil tətbiq vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə törədiləcək cinayətlərin detalları ilə bağlı razılığa gəlmələrinə, ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq Almaniya Federativ Respublikasında toplanmış xeyli miqdarda pulu açıq çağırışlar edəcək və materialları yayacaq şəxslərə tamamilə paylamaqla terrorçuluğu maliyyələşdirməsinə, lakin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunduğundan cinayətkar əməlini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.
“Bundan başqa, istintaqla Niyaməddin Əhmədovun ölkə ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizli olaraq qeydə almaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qanunla mülki dövriyyədə olmasına yol verilməyən xüsusi ləvazimat olan eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini qanunsuz olaraq əldə edib özündə saxlamasına şübhələr üçün əsaslar müəyyən edilib”, - deyə məlumatda qeyd olunur.
Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.*
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət