2021-ci il fevralın 20-də Ermənistanda erməni diasporunun maliyyələşdirdiyi miqyaslı dövlət çevrilişi planlaşdırılır. Bu barədə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.
“Əldə olunan məlumatın təhlili belə nəticə çıxarmağa imkan verir ki, fevralın 20-də İrəvanda miqyaslı dövlət çevrilişi cəhdi planlaşdırılır, məqsəd və vəzifə – Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən güc yolu ilə kənarlaşdırılmasıdır”, - Korotçenko özünün Telegram kanalında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Ekspertin sözlərinə görə, xarici erməni diasporlar və erməni oliqarxlar bir sıra tədbirlərin keçirilməsini planlaşdırırlar. Həmin tədbirlərin reallaşdırılmasına $30 milyona yaxın vəsait yatırılıb.
Korotçenko qeyd edir ki, bu məqsədlə bir neçə erməni mediamaqnatın sifarişi ilə ölkədə yeni etiraz dalğasının alovlanması üçün teleqramer və blogerlərdən ibarət bir qrup Ermənistana gəlib.
“Antipaşinyan qəsdinin uğurlu olması və ya məğlubiyyətə uğraması ordu, MTX və hüquq-mühafizə strukturlarının 20 fevral hadisələrində hansı mövqe tutacaqlarından, daha dəqiq desək – onların rəhbərlərinin Ermənistanın hazırki baş nazirə loyallığından asılı olacaq”, - ekspert vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, Rusiyanın mövqeyi dəyişməz olaraq qalır və Ermənistanın hazırki baş nazirini ölkənin qanuni rəhbəri hesab edir.
“Paşinyan siyasi fors-major şəraitində Ermənistanın konstitusiyası və qanunlarına əsaslanaraq hüquq qaydalarının təminatı üzrə zəruri addımlar atmaq üçün bütün imkanlara malikdir”, - Korotçenko əlavə edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət