Ermənistan Qarabağda yerləşdirdiyi minaların dəqiq xəritələrini indiyədək Azərbaycana təqdim etməyib. Bu barədə Milli Məclisin deputatı Mixail Zabelin bəyan edib.
“İndi Qarabağda vəziyyət mürəkkəbdir, ərazilərin minalardan təmizlənməsi prosesi aparılır. Bu zaman insanların partlayış zamanı həlak olması halları baş verir. Əfsuslar olsun ki, Ermənisytan tərəfi indiyədək minaladığı kənd, qəsəbə və şəhərlərin düzgün xəritələrini bizə hələ də təqdim etməyib. Həm Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri, həm də Rusiya sülhməramlılarının işinin çətinliyi məhz bundan ibarətdir”, - Zabelin “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpü zamanı bildirib.
“Ermənistan tərəfindən indiyədək aydın xəritələr yoxdur, nəticədə dinc sakinlər, Azərbaycan əsgərləri həlak olurlar, rusiyalı sülhmətramlılarının həlak olması təhlükəsi var, əlbəttə ki, bu məsələ bizim hər birimizi narahat edir. (...) Bu, Ermənistan tərəfinə əsas tələbdir. Əgər hərbçilər xəritələr tərtib etmədən minaları səpələyiblərsə, o zaman bu hərbi cinayəytdir və həmin şəxsıər Ermənistanda məhkum olunmalıdırlar. Əgər heç kim məhkum olunmayıbsa, demək həmin xəritələr var”, - rusiyalı ekspert, politoloq, “Siyasi Araşdırmalar İnstitutunun” baş direktoru Sergey Markov bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun rəyinə görə, müvafiq mina xəritələrinin Azərbaycana verilməsi üçün dünya birliyi Ermənistana təzyiq göstərməlidir
Öz növbısində, rusiyalı hərbi ekspert, “Ntsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edib ki, Ermənistan tərəfindən Qarabağda mina xəritələrinin Azərbaycana verilməsi regionda sülh və təhlükəsizliyin sabitləşməsi üçün olduqca vacibdir. Bundan başqa, o, bu məsələdə beynəlxalq birliyin iştirakının əhəmiyyətini, Ermənistana təzyiqin göstərilməsi zəruriliyini vurğulayıb.
“Həmçinin, aidiyyəti beynəlxalq təşkilatların iştirakı son dərəcə vacibdir. Bizim xatirimizdədir, keçmiş Yuqoslaviyada münaqişə başa çatdıqdan sonra neçə müvafiq köməklik göstərilib. Hesab edirəm ki, beynəlxalq təşkilatların xətti ilə Azərbaycana da müvafiq köməklik göstərilməlidir. Əlbəttə ki, Rusiya və Avropa ölkələri İrəvanla münasibətlərdə özünün təsir və nüfuzundan istifadə etməlidiri ki, Ermənistan müvafiq mina xəritələrini Azərbaycana təqdim etsin”, - Korotçenko əlavə edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət