Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini, general-mayor Cavad Qasımov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “ Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Cavad Qasımov “Online B2G Forum” iştirakçılarını salamlayaraq Müzəffər Azərbaycan Ordusunun Vətən Müharibəsində qazandığı şanlı qələbə münasibətilə tədbirdə iştirak edənlərin hər birini təbrik edib. O, həmçinin, 2021-ci ilin daha uğurlu olacağını və biznes subyektləri üçün daha əlverişli şəraitin yaradılacağını qeyd edib.
“Gömrük əməliyyatlarının təkmilləşdirilməsi sahəsində əsas hədəflərdən biri yeni tranzit sistemlərinə qoşulmaq yolu ilə mövcud tranzit əməliyyatlarının diversifikasiyasıdır. Bu istiqamətdə uğurlu layihələrdən biri olan - Avropanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması prosesində Dövlət Gömrük Komitəsinə dəstək verilməsini nəzərdə tutan Tvinninq layihəsi həyata keçirilməkdədir. Bu məqsədlə artıq İtaliyadan olan mütəxəssislərlə əməkdaşlıq edilir. Bu ilin sonunadək layihə üzrə fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulub. Avropanın ümumi tranzit prosedurunun tətbiqi vahid gömrük sənədi və gömrük zəmanəti ilə malların Avropaya və əks istiqamətdə daşınması prosesinin sürətləndirilməsinə töfhə verməklə, bir tərəfdən ölkəmizin tranzit potensialının artırılmasına, digər tərəfdən isə “Made in Azerbaijan” brendinin Avropa bazarlarına çıxışı ilə bağlı daşımaların sadələşdirilməsinə xidmət edəcək.
Daha sonra C. Qasımov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Cavad Qasımova təşəkkür edib. O, eyni zamanda Dövlət Gömrük Komitəsi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək DGK rəhbərliyinə klub üzv şirkətləri adından minnətdar olduğunu bildirib.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri komitə ilə müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5 000 çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət