Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mart ayında Kəlbəcərə yeni avtomobil yolunun tikintisinə başlayacaq. Bu barədə AAYDA-nın sədri Saleh Məmmədov məlumat verib.
"Yolun layihələndirilməsi Türkiyənin "Proyapi" şirkəti ilə birgə həyata keçirilib. Yol Gəncə-Göygöl-Ömər aşırımı marşrutu üzrə keçəcək. Burada dağ tunelinin tikintisi planlaşdırılır", - deyə Məmmədov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əvvəlcə uzunluğu 12 km olan tunelin tikintisi planlaşdırılırdı. “Lakin belə tunelin tikintisi və saxlanması çox baha başa gəlir. Nəticədə serpantin yolların uzunluğunun artırılması hesabına tunelin uzunluğunun 6,5 km-ə qədər azaldılması qərara alınıb", - deyə sədr qeyd edib.
Füzuli-Şuşa avtomobil yolunun tikintisinə toxunan Məmmədov bildirib ki, uzunluğu 101 kilometr, eni 6 metr olan bu yol tamamilə torpaqla örtülüb. "Hazırda ərazilər minalardan təmizləndikcə tikinti işləri davam etdirilir. Bu yol 2021-ci ilin avqust ayında istismara veriləcək", - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2020-ci il noyabrın 17-də “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət