Azərbaycan Respublikasının Energetika Nazirliyi və Britaniyanın BP şirkəti Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialı və şəraiti birgə araşdıracaq. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bu gün Energetika Nazirliyi və BP iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.
Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur.
““Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcək”, - deyə məlumatda qeyd olunur.
“Bu gün ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, xüsusilə yaşıl enerji zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilir. Bu gün imzaladığımız bu sənəd neft-qaz sahəsində uzunillik strateji tərəfdaşımız BP ilə karbonsuzlaşdırma və bərpa olunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.
“Memorandum BP və Azərbaycan üçün potensial olaraq tərəfdaşlıq imkanlarına aparan yeni əməkdaşlıq platforması təmin edir. BP təxminən otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və inanırıq ki, BP-nin az karbonlu enerji sahəsində öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və rahatlıq üzrə təklif etdiyi xidmətləri transformasiya etməyi hədəflədiyi bir vaxtda Azərbaycanla uğurlu tərəfdaşlığımıza əsaslanan böyük potensial mövcuddur. BP bu yaxınlarda Hyuston və Aberdin şəhərləri ilə tərəfdaşlığa başlayıb və biz bu Anlaşma Memorandumunu imzalamaqla, emissiyaların azaldılmasına yönəlmiş təmiz enerji də daxil olmaqla inteqrasiya edilmiş enerji və nəqliyyat həlləri gətirmək məqsədilə Azərbaycanın regionları və şəhərləri ilə də oxşar tərəfdaşlıq imkanlarını araşdırmaq istəyirik”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət