2021-ci ilin yanvar ayında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 104 milyon 10,8 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 7,2% azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 84 milyon 178,3 min manat (azalma 7,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 80,9%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 17 milyon 43,9 min manat (artım 4,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 67 milyon 134,4 min manat (azalma 10,5%) təşkil edib.
2021-ci ilin yanvar ayında icbari sığorta növləri üzrə sığorta haqları 19 milyon 832,5 min manat (azalma 4,6%) təşkil edib.
Hesabat dövründə sığortaçılar tibbi sığorta (51 milyon 90,4 min manat), həyatın yaşam sığortası (14 milyon 84,1 min manat), əmlakın icbari sığortası (7 milyon 889,8 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu dövrdə bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 70,2%-ni təmin edib.
Yanvarda sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 56 milyon 840,7 min manat yönəldiblər ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 2,1 dəfə çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 37 milyon 187,7 min manat (artım 93,3%) və ya bazar üzrə bütün ödənişlərin 65,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 28 milyon 353,5 min manat (artım 2,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 8 milyon 834,2 min manat (artım 23,6%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 19 milyon 653 min manat (artım 2,6 dəfə) təşkil edib.
Yanvarda sığortaçılar həyatın yaşam sığortası (27 milyon 952,7 min manat), könüllü tibbi sığorta (7 milyon 752,4 min manat) və AVSMMİS (4 milyon 708,2 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə həyatın yaşam sığortası növü üzrə ödənişlər 2020-ci ilin yanvar ayında ödənişlərin həcmini 2,3 dəfə ötüb.
В целом, выплаты по этим трем видам страхования обеспечили в отчетном периоде 71,1% всех возмещений по рынку.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 71,1%-ni təmin edib.
Yanvarın sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Azərbaycan və BMT iqlimlə bağlı üçillik layihəyə start verib
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenidən prezidentə göndərib
Ermənistan prezidenti Baş Qərargah rəisini istefaya göndərmədi
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Qarabağin bərpasinda “Rəqəmsal Nəslin” rolu
Qarabağın xristian memarlığı və onun abidələrinə təhdid
“Moskovski komsomolets”: Qarabağın işğalı zamanı ermənilər oradakı bütün rus kilsələrini dağıdıblar