“SOCAR Trading” şirkəti (SOCAR-ın ticarət “törəməsi”)2021-ci ildə neftin bir barrel qiymətinin $80-dək, yaxın 18-24 ay ərzində - $100-dən çox bahalaşacağını gözləyir. Bu barədə şirkətin baş ticarət direktoru Xəyal Əhmədzadə bəyan edib.
“Bu il neftin bir barrel qiyməti $80-ə çatacaq, çünki tələbat kəskin artacaq, istehsalçılar isə kifayət həcmdə təklif ilə dərhal cavab verə bilməyəcəklər”, - Əhmədzadə Bloomberg agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiyaya cavab olaraq 2020-ci ildə yığılan neft ehtiyatının bolluğu cari ilin yay ayarında tam bitəcək. Eyni zamanda, o əlavə edib ki, poladın qiymətinin çox yüksək olması da neft sahəsində sarsıntılara səbəb ola bilər.
“Polada qiymətin sürətlə artması deməkdir ki, neft sahəsində xidmət göstərən podratçılar üçün boru, quyular və hasilatın vaxtında bərpası və büdcə çərçivəsində zəruri infrastruktur inşa etmək çətin olacaq. Bu, ölkələr karantindən çıxdaqdan və digər məhdudiyyətlər aradan qaldırıldıqdan sonra tələbat qayıtsa belı, təklif reaksiyasını ləngidəcək”, - Əhmədzadə belə hesab edir.
“Yayda və ya ilin sonunadək bir barrel üçün qiyməti $80 və növbəti 18-24 ay ərzində $100-dən yuxarı görsək, təəccüblənmərəm”, - o əlavə edib.
Əhmədzadə məlumat verib ki, şirkət böhran zamanı saxlanılan 15 milyon barrel həcmində bütün nefti artıq realizə edib.
O, həmçinin qeyd edib ki, OPEC+ iştirakçıları hasilatın azaldılması həcmlərini azaldacaqlar və bu yaxlnlarda tam həcm ilə tədarükə qayıdacaqlar. “Lakin bu da kifayət olmayacaq. Hətta Səudiyyə Ərəbistanı və Texasda hasilatın artması zamanı əhdişə var ki, 12 aydan sonra defisit olacaq. Bu çox tez zamanda qiymətin artımına gətirəcək. Borcların dəyərinin artımı istehsalçıların problemlərini dərinləşdirir, çünki banklar “çirkli” neft hasilatına kreditlər üzrə daha yüksək faiz dərəəcələri tətbiq edir. Kreditin dəyəri daha yüksəkdir, riskə həvəs isə daha aşağıdır. İri şirkətlər iş yerlərini və kapital qoyuluşlarını azaldır”, - o bildirib.
“SOCAR Trading” şirkəti 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkət beynəlxalq bazarlarda neft və qaz satışı üzrə əməliyyatlarla məşğul olur. Hazırda şirkətin Cenevrə, Sinqapur, Dubay, London və Hyustonda ofisləri fəaliyyət göstərir.**
N.Abbasova
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında cüzi azalma qeydə alınıb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Azərbaycan və BMT iqlimlə bağlı üçillik layihəyə start verib
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Paşinyan bildirib ki, martın 1-ə planlaşdırılan mitinqin hədəfi onun hakimiyyətinin müdafiəsi deyil
Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenidən prezidentə göndərib
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Qarabağin bərpasinda “Rəqəmsal Nəslin” rolu
Qarabağın xristian memarlığı və onun abidələrinə təhdid
“Moskovski komsomolets”: Qarabağın işğalı zamanı ermənilər oradakı bütün rus kilsələrini dağıdıblar