Gürcüstanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılır, həmçinin Rusiya da daxil olmaqla, bir sıra dövlətlərin vətəndaşlarının ölkə ərazisinə giriş qaydaları sadələşdirilir.
“Koronavirus infeksiyası ilə mübarizə üzrə Koordinasiya Şurasının tövsiyəsi əsasında hökumət şəhərlərarası nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyəti fevralın 25-dən aradan qaldırır. Həmçinin bu tarixdən etibarən qış kurort zonalarındakı hotellərin fəaliyyəti də bərpa ediləcək, martın 1-dən Batumidə, martın 8-dən (istirahət günləri istisna olmaqla) isə bütün ölkə ərazisində restoranlar və ictimai iaşə obyektləri qapalı məkanlarda fəaliyyət göstərə biləcək”, - deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirilən brifinqdə bildirib.
O, ölkədə tətbiq olunan komendant saatının (saat 21:00-dan 05:00-dək) qüvvədə qalacağını qeyd edib.
Martın 1-dən muzey və kitabxanaların fəaliyyəti, martın 15-dən isə ali məktəblərdə tədris bərpa ediləcək.
“Biz, həmçinin Gürcüstana ziyarətçilərin qəbulu qaydalarının sadələşdirilməsi barədə də qərar qəbul etmişik. Martın 1-dən etibarən Azərbaycan, Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşları neqativ cavablı PCR testi ilə hava yolu ilə Gürcüstana daxil ola biləcəklər”, - deyə Qaribaşvili əlavə edib.*
Kanada XİN başçısı Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqlik barədə bəyan edib
Prezident Əliyev Əlcəzair ilə əməkdaşlığın aktivləşməsini zəruri hesab edir
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
Bayramov: “İrəvan Cənubi Qafqazda kommunikasiyaların açılması prosesini süni şəkildə ləngidir”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub