Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistanın Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə etməsi hərbi cinayətdir.
"Ermənistan tərəfinin Azərbaycanın mülki hədəflərinə raket zərbələri endirməsi hərbi cinayətdir. Rusiya gələcəkdə "İsgəndər" OTRK-nın və digər tipli raket silahlarının Ermənistana tədarükünə qadağa qoyulması məsələsinə baxmalıdır. Bu ölkə KTMT-nin müttəfiqi olsa da, bu tipli silahların istifadəsi məsələsində Səddam Hüseyn kimi tamamilə düşüncəsiz davranıb", - deyə Korotçenko özünün teleqram kanalında yazıb.
Paşinyanın ikinci Qarabağ müharibəsi zamanı Rusiyanın "İsgəndər" raketlərinin effektivliyinin az olması barədə açıqlamasını şərh edən rusiyalı ekspert, ilk növbədə, Ermənistan ordusunun hazırlıq səviyyəsinin aşağı olduğunu qeyd edib.
"Bəlkə bütün məsələ erməni ordusunun hazırlıq səviyyəsinin aşağı olmasındadır? (...) Müharibənin başladığı bir ay yarım ərzində 10 min fərarinin olduğu ordu müasir silahlardan səmərəli istifadə edə bilərmi?", - deyə Korotçenko vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ekspert hesab edir ki, Ermənistan ordusunun hazırlıq səviyyəsi aşağı olduğu üçün "İsgəndər" OTRK bundan sonra Rusiyanın Ermənistanda yerləşən və bu ölkənin hərbi təhlükəsizliyinin təminatçısı olan hərbi bazasının silahlanmasında olmalıdır.
"Ermənistan ordusu nə siyasi, nə də peşəkarlıq baxımından onların istismarına və tətbiqinə hazır deyil. Paşinyanın "İsgəndər" OTRK-nın səmərəsinin az olması ilə bağlı səsləndirdiyi iddialarla əlaqədar demək istəyirəm: Nikol Vovayeviç, pis rəqqasa həmişə nəsə mane olur!", - deyə Korotçenko yazıb.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət