Ermənistanın hakim partiyasında hesab edirlər ki, baş nazir Nikol Paşinyanın təklifini qəbul etməyərək Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməkdən imtina edən prezident Armen Sarkisyanın impiçment prosesinin başlanılması üçün bütün əsaslar var.
“Ermənistan Konstitusiyasının 139-cu maddəsinə əsasən, prezident təkliflə çıxış edən orqanın fərman layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da dünən Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə fərman layihəsini baş nazirə geri qaytararkən prezident bu hüququndan istifadə edib. Ancaq əslində məsələ belə deyil. Prezident fərman layihəsini özbaşına qaytara bilməz”, - deyə “Mənim addımım” fraksiyasının deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, konkret olaraq bu halda baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq Baş Qərargah rəisinin vəzifədən azad olunmasını təklif edib və bu prosesdə Konstitusiyaya zidd element yoxdur.
“Biz əslində prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük ki, bu da yolverilməzdir. Beləliklə, prezident dövlət təhlükəsizliyini təhdid altında qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq prezidentin impiçment prosesinin başlanılması üçün bütün əsaslar var”, – deyə deputat qeyd edib.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət