Bu yaxınlarda baş tutan müharibə zamanı Azərbaycan Ordusu Qarabağın geniş ərazilərini Bakının nəzarəti altına qaytarıb. Qondarma Dağlıq Qarabağ Respublikası adlanan xuntanın idarəçiliyi dövründə hansı dəyişikliklər baş verib. Bu barədə politoloq Fuad Axundov “KM.ru” saytında dərc olunan məqaləsində danışır.
Hesab edirəm ki, Rusiya ictimaiyyəti üçün bəzi faktları bilmək maraqlı olardı. Aşağıdakı fotoya baxın.
Solda - Şuşa şəhərindəki Müqəddəs İohann pravoslav kilsəsinin əvvəlki görünüşü, sağda isə - “Xanaç jam” adlanan eyni kilsədir. Yalnız ad deyil, memarlıq üslubu da dəyişdirilib. Diqqət yetirin: günbəz yoxdur və bina şiştəpəlidir. Məbəd Erməni Apostol Kilsəsinə məxsusdur.
Qeyd edək ki, Ermənistan tərəfi məbədin görünüşünün dəyişdirilməsi barədə Rus Pravoslav Kilsənin Bakı və Xəzəryanı Yeparxiyasına məlumat verməyib, Dağlıq Qarabağın Rus kilsəsi isə onun idarəçiliyindədir. Bu barədə Yeparxiyanın mətbuat katibi, baş keşiş Konstantin Pominov bəyan edib. Həmçinin, bu məsələ artıq 2019-cu ildə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması” İctimai Birliyin İdarə heyətinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüş zamanı müzakirə olunub.
Müqəddəs İohann pravoslav kilsəsi qədim tarixə malikdir və müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə mövcudluğu ilə bağlı çoxsaylı nümunələrdən biridir.
Kilsə Çar dövründə inşa olunub, müstəqil Azərbacan Demokratik Respublika illərində də fəaliyyət göstərib (1918-1920-ci illər). Sovet hakimiyyəti tərəfindən din əleyhinə siyasət yürüdüldüyü dövrdə kilsəni bağladılar, binanı isə sanatoriya kimi istifadə ediblər. Uzun illər ərzində fəaliyyət göstərmədiyinə baxmayaraq, yerli sakinlər, azərbaycanlılar burada rus kilsənin olduğunu heç zaman unutmayıblar və eləcə “rus kilsesi” adlandırıblar. “Kilse” azərbaycanca kilsə deməkdir, “rus” sözünün tərcüməsinə isə ehtiyac yoxdur. Vurğulayım ki, erməni deyil, məhz rus.
Daha bir şəkil:
Bu, Xocavənd yaxınlığındakı Müqəddəs Diriliş Kilsəsirus pravoslav kilsəsinin xarabalıqlarıdır. Tarix boyu bura Cənubi Qafqazda yaşayan kazaklar gəliblər. İndi isə, gördüyünüz kimi, burada xarabalıqdır, həm də divarlarda peyda olan yazıları “təsadüfən hədəfə dəyən mərmi”nin ayağına yazmaq mümkün deyil. Əgər bu vandallıq deyilsə, bəs nədir?
Bu yaxınlarda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Gəncədəki Aleksandr Nevski kilsəsinin baş keşişi Varfolomey (Denis) Sotnikov dağıdılmış məbəddə olub və dua edib. Baş verənləri belə qiymətləndirib:
“Xocavənd rayonu ermənilər tərəfindən işğal olunanda yaxınlıqda hərbi poliqon inşa etdilər, kilsəni isə minaladılar. İndi kilsəyə yaxınlaşmağım üçün minatəmizləyənlər mənim üçün dəhliz təşkil etdilər. Mənim bura gəldiyim gün minatəmizləyənlər bir daha mina axtaran texnika ilə yoxlama apardılar, çünki məbədin nəinki ətrafı, həm də daxili minalanmışdı.
Gördüklərim məni çox kədərləndirdi, mənə çox ağr gəldi. Mən pravoslav keşişəm, Tanrı Məbədi dağıdılmamalıdır. Günbəz, zəng qülləsi dağıdılıb, diqqətlə nəzər salsaq, görünür ki, məbəd Ermənistan tərəfindən böyük çaplı mərmilərlə atəşə tutulub. Gəncədə və Bakıda erməni məbədləri olduqları kimi qalıb, həm də bərpa olunub.
Çox hörmətli cənab Prezidentimiz dedi ki, Qarabağ ərazisində bütün tarixi abidələr bərpa olunacaq: məscidlər, pravoslav məbədlər və alban məbədləri. Beləliklə, söhbət açdığım məbəd bərpa ediləcək.
Azərbaycanda Pravoslav Kilsəsinə çox yaxşı münasibət bəslənir. Dövlət hər zaman bizi dəstəkləyib, hökumət nümayəndələri bizdən çox vaxt xəbər alırlar ki, nəyi bərpa etmək, nə inşa etmək lazımdır. Hazırda Bakıda 3 pravoslav kilsə bərpa olunur. Burada dini məzhəblər azaddır, bizi heç vaxt sıxışdırmayıblar və təzyiq göstərmirlər, müsəlmanlar və xristianlar arasında yaxşı münasibətlər var”.
Aydındır ki, kilsələrin dini əhəmiyyətdən başqa həmçinin mədəni-tarixi dəyəri var və memarlıq abidələridir. Qondarma DQR-da abidələri yalnız dağıdıb və yeni heç nə yaratmadıqlarını demək olmaz. Əsla. Misal üçün, artıq qeyd olunan Xocavənddə Qareqin Njdeyə abidə ucaldılıb.
Lakin bunu etməsəyidlər daha yaxşı olardı. Axı bu xadim kim olub? Onun tərcümeyi-halı ilə bağlı faktlar aydındır. Njde “Daşnaksütyun işi” üzrə ittiham olunub. Xatırladım ki, inqilabdan əvvəl “Daşnaksütyun” partiyası terrorçuluq fəaliyyəti ilə məşğul olub. Peterbuqrda bu təşkilatın bir sıra nümayəndələrinin böyük məhkəməsi keçirilib. Prosesin miqyası barədə 159 nəfərin həbs olunması və yüzlərlə şəxsin şahid qismində dindirilmsi xəbər verir. 1912-ci ildə məhkəmə qərar qəbul edir. Həbs olunanların əksəriyyəti kifayət qədər yüngül cəza almaqla xilas olur, lakin 52 nəfər müxtəlif müddətli həbs cəzasına məhsum olunur, 4 nəfər sürgünə göndərilir.
Bir detalı qeyd edim: “Daşnaksütyun”un nümayəndələrinin müdafiəsində Rusiya dövlətçiliyini pozan, sonradan siyasi fırıldaqçı kimi tarixə düşən Kerenski özü iştirak edib.
İkinci Dünya müharibəsi dövründə Njde nasistlərlə fəal əməkdaşlıq edib, Erməni Şurası adlanan təşkilata daxil olub (Berlin, 1942-ci ildə). Ermənistanı Almaniyanın müstəmləkəsi etmək xahişi ilə şərqdə işğal olunan ərazilərin naziri Alfred Rozenberqə müraciət edib. Almaniyanın məğlubiyyətindən sonra Njde SMERŞ-ın əməkdaşları tərəfindən həbs olunub. O, ittiham olunaraq 25 il həbs cəzasına məhkum olundu. 1955-ci ildə Vladimirsk həbsxanasında vəfat edib.
Bu cür hallarda deyirlər ki, şərhə ehtiyac yoxdur, lakin mən bir dəqiqə daha diqqət ayırmağı xahiş edirəm. 2016-cı ildə İrəvanda Njdenin abidəsi ucaldılıb. Açılış mərasimi təntənəli şəkildə Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilib. Gördüyünüz kimi, Njdeyə nəinki qondarma DQR-ın liderləri, həm də rəsmi İrəvanın hörməti var.
Rusiyalı oxucuların diqqətini bu faktlara yönəltmək istərdim. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət