İzmir azad iqtisadi zonasında fəaliyyət göstərən “Al Karal Gida Sanayi Mamülleri Ticaret A.Ş.” səhmdar şirkəti vitaminli duz istehsalı üzrə yeni fabriki istismara verib, layihəyə investisiya qoyuluşu $5 milyon həcmində qiymətləndirilir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə layihənin baş direktoru Fərhad Ömərov məlumat verib.
Onun sözlərinə görə, müasir istehsal sexinin tikintisi və təchizatı rekord müddətə – təqribən 8 aya başa çatdırılıb.
Müəssisənin işə salınması mərasimində Türk Şurasının baş katibi Bağdat Amreyev iştirak edib.
"Layihəyə investisiya qoyuluşu təxminən $5 milyon həcmində qiymətləndirilir, bu gün birinci xətt işə salınıb – bu, layihə gücünün 20%-ni təşkil edir. Fabrikin əsasən Türkiyə istehsalı olan ən yeni nəsil texnoloji avadanlıqlarla təchiz edilmiş istehsal sahəsi 3,8 min kvadratmetrdir. Bütün infrastruktur maksimum səmərənin və ISO 22000 və GMP standartlarına riayət olunmasının təmin edilməsi üçün nəzərdə tutub", - deyə F.Ömərov qeyd edib.
"Antivirus və immun sistemini müdafiə effektinə malik olan Al Karal vitaminli duz çeşidinin əsas hissəsi Almaniya, Niderland, Finlandiya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Azərbaycan, Qazaxıstan kimi ölkələrə ixrac ediləcək", - deyə baş direktor vurğulayıb.
O əlavə edib ki, layihə Azərbaycan, Qazaxıstan və Türkiyənin ortaq işidir.
Qeyd edək ki, “Al Karal Gida A.Ş” şirkəti Egey duzu və təbii üzvi vitamin komponentlərindən və fermentləşdirilmiş maddələrdən funksional qida məhsullarının istehsalı ilə məşğul olur. Bu şirkət dünyada ilk dəfə yeməli dəniz duzunu istehsal etməyə başlayıb. Yeni məhsulların təməli – Azərbaycan əsilli biotexnoloq Fərhad Ömərovun Avropa və Türkiyədə aldığı patentlərdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət