Azərbaycan Türkiyəyə bir sıra ərzaq məhsullarını rüsumsuz ixrac etmək hüququ əldə edib. Bu barədə Türkiyənin «Resmi Gazete»si məlumat yayıb.
"İnterfaks-Azərbaycan" agentliyinin nəşrin məlumatına istinadən verdiyi xəbərə görə, bu hüquq Azərbaycan və Türkiyə arasında1 mart 2021-ci il tarixindən qüvvəyə minmiş Preferensial Ticarət Sazişi çərçivəsində 22 adda ərzaq məhsullarına şamil edilir.
Azərbaycanlı istehsalçılar aşağıdakı ərzaq mallarını müəyyən kvota çərçivəsində Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə ediblər: pendir - 100 min ton, meyvə - 39 min ton, qara çay - 300 ton, günəbaxan yağı - 5 min ton, şəkər və şəkər məhsulları - 5 min ton, kakao və kakao-yarımfabrikatlar - 1,25 min ton, meyvə və tərəvəz konservləri - 750 ton, meyvə püresi - 3 min ton, alma şirəsi - 2 min ton, şərab - 9 min dekalitr.
Bu tarif kvotaları bir təqvim ili, yəni 2021-ci il üçün müəyyən edilib və hər il yenilənəcək. Cari ilin kvotalarından istifadə etmək üçün onların rəsmi mətbuatda dərc olunduğu tarixdən etibarən 15 iş günü ərzində Türkiyə Ticarət Nazirliyinə müraciət etmək lazımdır.
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi 2020-ci il fevralın 25-də Bakı şəhərində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə imzalanıb.
Saziş hər iki ölkə arasında qarşılıqlı mal tədarükü üzrə gömrük rüsumunun sıfıra endirilməsini nəzərdə tutur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət