"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada olan təmin edilməmiş üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
“Reytinqin bu səviyyədə təsdiq olunması QSC-nin tədavül müddəti 2026-cı il olan Azərbaycan Respublikası tərəfindən tam zəmanət verilən $2 milyard həcmində avrobondların qiymətləndirməsini əks etdirir. Reytinq QSC-nin istiqraz sahiblərinə dövlət tərəfindən tam və vaxtında geri ödəmənin qeyd-şərtsiz təminatını əks etdirir”, - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Fitch qeyd edir ki, Azərbaycan 2016-2020-ci illər üçün dövlət büdəcində zəmanətin icrası məqsədilə ehtiyatlar nəzərdə tutub və bu tendensiyanın 2021-ci ildə də qorunacağını gözləyir.
Agentlik qeyd edir ki, layihələrin hamısı artıq istismara verildiyi üçün "Cənub Qaz Dəhlizi"-nin 2021-ci ildə nağd vəsaitə olan ümumi ehtiyacı, rəhbərliyin proqnozuna əsasən, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən əldə olunan vəsait hesabına tam təmin ediləcək.
Fitch-in məlumatına görə, CQD layihəsinin maliyyələşdirilməsi 2020-ci ilin sonuna olan məlumata görə, $2,4 milyard həcmində kapital qoyuluşları daxil olmaqla, $6,5 milyard ümumi məbləğdə borc və dövət qoyuluşlarının kombinasiyasını təşkil edir. 2020-ci ildə CQD 2020-ci ildə heç bir yeni borc götürməyib və 2020-ci ilin sonuna olan borcların 38,5%-i Dövlət Neft Fondunun lehinə çıxarılan istiqrazlardan, 30,9%-i beynəlxalq maliyyə institutlarına borclarından, 30,6%-i isə avrobondlardan ibarətdir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət