Neft sektoru Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında əvvəlki kimi aparıcı rol oynayır.
2020-ci ilin yekunları üzrə ixracın strukturunda əsas həcm (86,53%) neft-qaz sektoru məhsullarının, Azərbaycanın bütün ixracının 68,15%-i isə neftin payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycandan bəyan edilmiş neftin ixrac həcmi 29 milyon 23 min 125,27 ton, dəyəri $9 milyard 363 milyon 570,68 min təşkil edib. 2019-cu illə müvafiq dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi miqdar ifadəsində 5,9%, dəyər ifadəsində 36,8% azalıb.
SOCAR şirkətinin məlumatına görə, 2020-ci ildə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə 2019-cu ildə $66,8-ə qarşı $43,7 təşkil edib.
Bu rəqəmlərdən göründüyü kimi, 2020-ci ilin I rübündə neftin qiymətinin kəskin ucuzlaşması, koronavirus pandemiyası, eləcə də Azərbaycanın OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə götürdüyü öhdəliklər ixrac həcmlərinin və gəlirin illlik göstəricilərinə də təsir göstərib.
"İnterfaks-Azərbaycan" agentliyi Azərbaycan neftinin ixrac coğrafiyasını izləməkdə davam edir, çünki ölkə tərəfindən neft ixracının ümumi həcmi və əldə olunan gəlirlə yanaşı, hansı ölkələrin Azərbaycan neftinin alıcıları olması da maraq doğurur.
2020-ci il üzrə rəsmi mənbələrdən əldə edilən məlumatların təhlili göstərir ki, Azərbaycan nefti Avropa, Asiya, Yaxın Şərq ölkələrinə və hətta Avstraliyaya ixrac olunub. Bu məhsulun daimi alıcıları sırasında ÇXR, Hindistan, Ukrayna, Almaniya, Avstriya, Çexiya, Fransa, Xorvatiya, İspaniya, İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Vyetnam və Yunanıstan kimi ölkələr yer alır.
Bununla yanaşı, Azərbaycandan neft idxalının həcminə görə İtaliya ($4,1 milyard) lider olaraq qalır. 2020-ci ildə Azərbaycandan neft ixracının 40,6%-i İtaliyanın payına düşüb. Bununla belə, İtaliyaya neft ixracının həcmi 2,7% artıb, gəlir isə 25,6% azalıb ki, bu da ötən il dünya neft bazarında cari vəziyyətlə bağlıdır.
2020-ci ilin yekunları üzrə Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyünə Çin və Xorvatiya da daxil olub. Həmçinin Xorvatiya 2019-cu illə müqayisədə Azərbaycandan neft idxalını 1,8 dəfə, Çin isə təxminən 46% artırıb.
O cümlədən, Azərbaycandan alınan neftin həcmini ciddi şəkildə artıran ölkələr Vyetnam (təxminən 5 dəfə), Yunanıstan (3,3 dəfə) və Avstraliya (2,3 dəfə) olub.
2020-ci ildə Azərbaycandan aldığı neftin həcmini ən çox azaldan ölkə Tayvan (təxminən 5 dəfə) olub. Həmçinin Almaniya (3 dəfədən çox), Böyük Britaniya (təxminən 2 dəfə) və Çexiya (2 dəfədən çox) neft alışını əhəmiyyətli dərəcədə azaldıb.
2020-ci ildə Kanada Azərbaycan neftinin alıcıları siyahısından çıxsa da, Böyük Britaniya yenidən bu siyahıya daxil olub. Danimarka, Tunis, Belarus, Malayziya və Sinqapur isə Azərbaycan neftinin yeni alıcılarıdır.
Neft bazarında vəziyyətin stabilləşməsi və yığılan neft qalıqlarından xilas olmaq məqsədilə 2020-ci ilin matya ayından neft hasilatının azaldılamsı üzrə OPEC+ sazişi ötən ilin sonrakı aylarında bazara müsbət təsir edib. Hazırda bir barrel neftin qiyməti 70 dollara yaxınlaşır və OPEC+ un apreldə gündəlik neft hasilatını 500 min barrel artırmaqdan imtina qərarı, Səudiyyə Ərəbistanın 1 milyon barrel həcmində könüllü məhdudiyyətlərini daha bir ay müddətinə uzatmaq niyyəti ilə birgə Brent markalı neftin qiymətinin 70 dolları ötməsinə gətirə bilər.
Hazırda Azərbaycan saziş çərçivsində gündəlik 595 min barrel neft hasil etmək hüquqna malikdir.
Cai ilin əvvəlindən neftin qiyməti ilə bağlı formalaşan əlverişli vəziyyət, həmçinin ixracı artırılması imkanı birinci rübün yekunları üzrə neft ixracından Azərbaycanın mənfəətinin göstəricilərinə birmənalı şəkildə müsbət təsir edəcək.
İxrac coğrafiyasına gəldikdə isə, yəgin ki, ciddi dəyişikliklər baş verməyəcək. Bütövlükdə Azərbacan neftinin dünya bazarlarına ixracı ilə bağlı vəziyyət əksər hallarda koronavirus pandemiyası ilə əlaqədar mübarizə çərçivəsində məhdudiyyətlərdən, karantin tədbirlərinin yumşaldılması və nəqliyyat əlaqələrinin açılmasından asılı olacaq. Baxmayaraq ki, vaksinlər və onların bölüşdürülməsi ilə bağlı vəziyyət birmənalı görünmür, Avropada COVİD-19 hələ də məhdudlaşdırıcı tədbirlərə sövq edir, vaksinasiya prosesinə artıq başlanıb və əksər ölkələrin turizm mövsümünün açılmasına beynəlxalq uçuşları bərpa etmək planları gələcəkdə neftə qlobal tələbatın artmasına müəyyən ümidlər verir.
Əgər OPEC+ neft hasilatının artması ilə bağlı çevik siyasətini davam etdirərsə, COVİD-19 pandemiyası isə kütləvi vaksinasiya və kollektiv immunitetin yaranması fonunda müəyyən mənada nəzarətə alınarsa, o zaman 2021-ci il ərzində bir barrel neftin qiyməti $60-70 dəhlizində ola bilər. Bu, Azərbaycana əlavə gəlirlər təmin edəcək, çünki 2021-ci il büdcəsində bir barrel neftin qiyməti $40 səviyyəsində götürülüb.
Ölkələr |
İxrac həcmi (tonla) |
Həcm üzrə 2019-cu illə müqayisə (%) |
İxracdan əldə edilən gəlir ($, min) |
Dəyər üzrə 2019-cu illə müqayisə (%) |
İtaliya |
11 779 705 |
+2,7% |
4 121 246,1 |
-25,6% |
Çin |
2 058 942,7 |
+45,6% |
386 274,02 |
-45,9% |
Xorvatiya |
1 644 245,7 |
+1,8 dəfə |
470 782,61 |
+7,96% |
Yunanıstan |
1 410 874,8 |
+3,3dəfə |
487 262,88 |
+2,4 dəfə |
Hindistan |
1 328 751,5 |
-31,3% |
452 729,63 |
-2,1dəfə |
İsrail |
1 167 519,5 |
-58% |
434 440,2 |
-3,1 dəfə |
Ukrayna |
1 110 534,3 |
+1,9 dəfə |
296 088,6 |
+5,9% |
İspaniya |
1 006 144,1 |
-32,5% |
327 657,48 |
-2,1 dəfə |
Tunis |
868 701,99 |
- |
312 279,42 |
- |
Portuqaliya |
705 516,3 |
-5.4% |
239 730,49 |
-32,1% |
Türkiyə |
675 399,77 |
-30,4% |
225 150,8 |
-46% |
Vyetnam |
657 511,53 |
+4,7dəfə |
174 452,43 |
+3,1 dəfə |
Çexiya |
614 880,51 |
-2,2 dəfə |
217 702,7 |
-2,96 dəfə |
Almaniya |
597 371,72 |
-3,2 dəfə |
213 087,64 |
-4,3 dəfə |
Tayland |
543 762,23 |
-26,1% |
129 593,34 |
-2,7 dəfə |
Belarus |
550 741 |
- |
146 461,61 |
- |
B.Britaniya |
454 686,06 |
-1.99dəfə |
141 342,51 |
-3,1 dəfə |
Fransa |
355 016,91 |
-3 dəfə |
105 901,63 |
-4,98 dəfə |
Avstriya |
350 708,85 |
-14.4% |
125 847,69 |
-32,2% |
Malayziya |
239 033,99 |
- |
59 918,34 |
- |
Danimarka |
190 825,79 |
- |
49 569,3 |
- |
Avstraliya |
179 789,39 |
+2,3 dəfə |
70 438,14 |
+76.3% |
Sinqapur |
138 600,68 |
- |
47 646,39 |
- |
Tayvan |
138 316,69 |
-4.1dəfə |
47 774,15 |
-5,5 dəfə |
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət