“Agrarco” MMC Zaqatala rayonunda fındıq emalı fabrikini bu yaxınlarda istifadəyə verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir”, - nazirlikdən qeyd olunur.
Məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır. Müəssisədə ildə 7 min ton fındıq ləpəsi emal ediləcək.
“Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,3 mln. manat (cari məzənnə ilə $20,2 milyon - İF) olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib”, - məlumatda vurğulanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət