Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan sərhədlərinin pozulması və erməni hərbçilərin qanunsuz olaraq Qarabağda yerləşdirilməsi cəhdləri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb.
“Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərib”, – deyə məktubda bildirilir.
Məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Məktubda qeyd olunur ki, bu fakt Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olub və müstəqil media tərəfindən qeydə alınıb.
Bayramov vurğulayıb ki, bu kimi addımlar bölgədə qeyri-sabitliyə xidmət edir.
Nazir, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsi Ermənistanın beynəlxalq öhdəliklərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyinin kobud şəkildə pozulmasıdır.*
X.Nəsirzadə
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət