2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC real sektorun maliyyələşdirilməsinə 700 milyon manatdan çox vəsait yönəldib. Bu barədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bəyan edib.
“Azərbaycan Beynəlxalq Bankı 2020-ci ildə kredit portfelini 10%-dək artıraraq 2,6 milyard manata çatdırdı. İl ərzində real sektorun maliyyələşdirilməsi ilə bağlı kifayət qədər böyük məbləğdə – 700 milyon manatdan artıq məbləğdə kredit qoyuluşu etdik. Ötən il başladığımız və üstünlük verdiyimiz kiçik və orta biznesin kredit portfelini iki dəfəyədək artırmağı bacardıq”, - İbrahimov ABB-nin mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə bankın vergiöncəsi mənfəəti 183 milyon manat təşkil edib. “Ötən il, 2019-cu ilin mənfəətindən səhmdarlarımıza 150 milyon manat dividend ödədik. Bu dividendin böyük bir hissəsi ən böyük səhmdarımız olan dövlətə ödəndi. İl ərzində dövlət büdcəsinə 130 milyon manat mənfəət vergisi ödədik. Kapital mövqeyimiz də kifayət qədər dayanıqlıdır və minimum tələbləri bir neçə dəfə üstələyir”, - İbrahimov qeyd edib.
O bildirib ki, pandemiya bank sektoruna müəyyən müsbət təcrübələr də qazandırdı. “Fiziki və hüquqi şəxslərdə, şirkət müştərilərimizdə yeni vərdişlər formalaşdı. Onlar indi xidmətlərdən məsafədən istifadə etməyə üstünlük verirlər. Daha çox rəqəmsal xidmətlərimizdən istifadə etməyə başlayıblar. Ölkə üzrə həm fiziki şəxs, həm də hüquqi şəxs müştərilərin rəqəmsal xidmətlərdən istifadə səviyyəsi və nağdsız ödənişlərin həcmi kifayət qədər artıb. Əslində, bir il öncə heç təsəvvür belə etməzdik ki, nağdsız ödənişlərin həcmində və rəqəmsal həllərdən istifadədə bu qədər inkişaf olacaq. 2020-ci ildə internet bankçılıq vasitəsilə olan korporativ dövriyyəmizin həcmi də düz iki dəfə artıb.2021-ci ildə korporativ müştərilərimiz üçün internet bankçılıq xidmətimizi də tamamilə yeniləyəcəyik”, - bankın sədri əlavə edib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.**
A.Hüseynova
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət