Səudiyyə İnkişaf Fondu Azərbaycanda Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə kredit xətti açmağı planlaşdırır.
KOBİA-dan verilən məlumata görə, bu məqsədlə martın 17-də Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb. Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.
“İnterfaks-Azərbaycan”a “Kapital Bank”dan məlumat verilib ki, açılacaq kredit xəttinin məbləği yaxın zamanda keçiriləcək danışıqlar zamanı müzakirə olunacaq. **
Ə.Məmmədov
Prezident İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib
Azərbaycanda COVID-19-a 9 yoluxma faktı qeydə alınıb
Əliyev XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnun əldə edilməsi üçün $640 min ayırıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
Paşinyan Brüsseldə Əliyev və Mişellə görüşünü müsbət qiymətləndirib
Borrel: Aİ İrəvan və Bakıdan davamlı sülhə nail olmaq üçün konkret addımlar gözləyir
Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək